Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dağlıq Qarabağ: nizama salınmayan bir münaqişənin qısa tarixi

Dağlıq Qarabağ: nizama salınmayan bir münaqişənin qısa tarixi

Bakı, 29 dekabr, AZƏRTAC

“Versii.com” saytında hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevin “Dağlıq Qarabağ: nizama salınmayan bir münaqişənin qısa tarixi” sərlövhəli məqaləsi verilib.

Müəllif yazır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən hadisələrin mahiyyət və xarakterini, heç olmazsa, ümumi şəkildə açıb göstərmək, bu hadisələrin ümumi xarakteristikasını, həmin qarşıdurmanın hüquqi statusu haqqında ilkin məlumat vermək lazımdır. İlk növbədə vurğulamaq lazımdır ki, ermənilərin və azərbaycanlıların milli identikliyi müxtəlif mühitlərdə inkişaf edib. Ermənilərin mədəni vektoru erməni xalqını etnosa çevirən erməni Qriqoryan Kilsəsi tərəfindən formalaşdırılıb. Xalqın birliyi üçün bu kilsə çox vaxt qismən dövlətin funksiyalarını yerinə yetirib. IV əsrdən başlayaraq daim diaspor şəklində yaşayan erməniləri assimilyasiya olmaqdan məhz bu mexanizm qoruyub. Onlar yad cəmiyyətlərdə yaşamağa məcbur olublar. Davamlı identikliyin belə psixoloji əsasının olması ermənilərə özünəməxsus etnopsixoloji xüsusiyyətləri qoruyub saxlamaqla, həmin cəmiyyətlərin etnopsixoloji xüsusiyyətlərini yetərincə asan özününküləşdirmək imkanı verib.

Yığcam yaşamaq üçün daim coğrafi imkanı olan azərbaycanlılar isə lap qədim zamanlardan özlərini türk dünyasının ayrılmaz tərkib hissəsi, formalaşmış xalq hiss ediblər. Tarixin müxtəlif dövrlərində müxtəlif dövlətçilik tiplərinə sahib olan azərbaycanlılar öz mədəni bənzərsizliyini başa düşürdülər, lakin onlar heç vaxt öz unikal tarixi taleyini hansısa üstünlük hesab etmirdilər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan alim son iki əsrdə Dağlıq Qarabağ muxtariyyətinin yaradılması və inkişafı tarixinə, başqa sözlə desək, Cənubi Qafqazın Rusiyaya birləşdiyi andan zəmanəmizə qədər davam edən bütöv bir dövrə diqqət yetirir.

Qondarma “Qarabağ məsələsi”nin erməni məsələsinin yalnız bir hissəsi olduğunu, erməni məsələsinin isə XIX əsrin sonunda - XX əsrin əvvəlində fəal surətdə gündəlikdə duran Şərq məsələsinin tərkib hissəsi olduğunu bu gün xatırlayan varmı? Bu məsələyə həsr olunan əsərlər, təəssüf ki, hazırda haqsız yerə unudulub.

Qarabağın dağlıq rayonlarının qriqorianlaşdırılmış və xeyli dərəcədə erməniləşdirilmiş əhalisinin qismən etnik assimilyasiyaya uğraması və o vaxtın bir çox digər məlum həqiqətləri barədə məlumatlı və savadlı insanlar hələ XIX əsrdə çox yazırdılar. V.L.Veliçko deyirdi: “Qarabağın səhvən erməni adlandırılan... və yalnız 3-4 əsr əvvəl erməniləşdirilmiş sakinləri istisna təşkil edirdi”. Erməni müəllifi B.İşxanyan 1916-cı ildə Petroqradda çap olunmuş “Qafqaz xalqları” kitabında yazırdı: “Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəslindən olan aborigenlər..., digər hissəsi Türkiyə və İrandan olan qaçqınlardır. Azərbaycan torpağı onları təqiblərdən və zülmdən qoruyan sığınacağa çevrilib”. Akademik İ.A.Orbeli, S.T.Yeremyan və digər alimlər də bu məsələdən - məqsədli şəkildə qismən erməniləşdirmədən yazıblar.

Rusiya İmperiyasının Cənubi Qafqazda möhkəmlənməsinə kömək edən və onun himayəsindən faydalanan Ermənistan isə əzəli Azərbaycan torpaqlarını ələ keçirmək və bu torpaqlarda “Böyük Ermənistan” yaratmaq istəyirdi. Hələ 1721-ci ildə Qafqaz yürüşü və Azərbaycanın, o cümlədən Bakının Xəzəryanı ərazilərinin fəthi zamanı I Pyotr yerli əhalinin sərt müqaviməti ilə qarşılaşmış və “erməni kartını” işə salmışdı, yəni bu bədnam millətin nümayəndələrini Bakıda və Dərbənddə yerləşdirmək göstərişi vermişdi. Bu siyasətin davamı olaraq 1768-ci ildə II Yekaterina ermənilərin imperiyanın himayəsinə götürülməsi barədə fərman imzalamış, 1803-ci ildə imperator I Aleksandr Qafqaz canişini A.Sisiyanova konkret təlimat vermişdi: “Azərbaycan xanlıqlarını ələ keçirmək üçün nəyin bahasına olursa-olsun ermənilərdən istifadə etmək lazımdır”.

Məqalədə 1804-1813-cü illər və 1826-1828-ci illər Rus-İran müharibələri gedişində və sonra İrandan və Cənubi Azərbaycandan ermənilərin kütləvi şəkildə köçürülməsi və onların Cənubi Qafqazda, o cümlədən Qarabağda yerləşdirilməsi haqqında geniş informasiya təqdim olunub. Təkcə 1826-1828-ci illər rus-İran müharibəsi zamanı İrandan Cənubi Qafqaza, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Türkmənçay müqaviləsinin imzalanmasından dərhal sonra I Nikolay 1828-ci il 21 mart tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazilərində erməni vilayəti yaratdı. 7331 azərbaycanlının və cəmi 2369 erməninin yaşadığı İrəvan şəhəri onun tərkibinə daxil oldu. Eyni zamanda İrandan İrəvana, Qarabağa və Naxçıvana ermənilərin kütləvi köçürülməsi başlandı, nəticədə yerli əhali həmin torpaqlardan didərgin salındı. İrəvan və Gəncə quberniyalarında 200, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi darmadağın edildi.

Müəllif yazır ki, Qarabağ xanlığının Rusiyaya birləşdirildiyi vaxtda - 1805-ci il mayın 14-də ermənilər region əhalisinin yalnız beşdə bir hissəsini təşkil edirdilər.

...Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixə XX əsrin ən qanlı-qadalı münaqişələrindən biri kimi daxil olub. 1987-ci ildə başlayan bu münaqişə milyonlarla insanın taleyində əks olunub. Qarşıdurma bu günədək davam edir, çünki Ermənistan tərəfi heç bir kompromisə getmir, dünya ictimaiyyətinin fikrinə həyasızcasına məhəl qoymur. Münaqişənin özü onun açıq şəkildə təzahür etməsindən xeyli əvvəl başlayıb. Kökləri hələ Sovet İttifaqının mövcud olduğu illərə gedib çıxan bu münaqişə erməni ictimaiyyətinin müəyyən hissəsinin çoxillik fəaliyyəti ilə bağlıdır. Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətini özünə birləşdirmək məqsədi güdən Ermənistan bu münaqişəli durumu illərlə yetişdirib. Ermənilərin uzun illər davam edən gizli təcavüzkar siyasəti 1987-ci ilin payızında, Yerevanda mitinqlərdə Dağlıq Qarabağın Ermənistana verilməsi tələbləri açıq şəkildə səsləndiriləndə üzə çıxdı. Elə həmin ilin noyabrında Ermənistan ərazisində yaşayan azərbaycanlıların köçürülməsi başlandı. Yanvarın sonuna doğru Ermənistanın Qafan rayonunda bir nəfər də olsun azərbaycanlı qalmamışdı. Başqa rayonlarda yaşayan azərbaycanlılarının aqibəti də eynən bu cür idi. 1988-1990-cı illərdə azərbaycanlı əhalinin Ermənistan ərazilərindən qovulub çıxarıldı. Münaqişənin müharibədən əvvəlki mərhələsinin gedişatı belə idi.

Sonra, 1989-cu il dekabrın 1-də Ermənistan SSR-in Ali Soveti bir sıra tədbirlər gördü: Dağlıq Qarabağ Muxtar Vilayətindən Ermənistan SSR-in Ali Sovetinə deputatlar seçildi, 1990-cı ilin parlament seçkilərində erməni ümummilli hərəkatı qələbə qazandı və nəticədə separatçıların hakimiyyətə gəlməsi ermənilərin “birləşmə” və “millətin təyini-müqəddərat hüququ” şüarları ilə təcavüzkar hərəkətlərinə yol açdı. Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar erməni və Azərbaycan xalqları arasında qarşıdurmanı qızışdırdı. Əslində, bu, münaqişə zonasını genişləndirmək və onu dərinləşdirmək demək idi. Bakıda məlum Yanvar hadisələrindən sonra Kreml və bilavasitə prezident Mixail Qorbaçov nüfuzdan düşdü. Elə həmin vaxt, yanvarın 21-də Moskvada Heydər Əliyevin Kreml hakimiyyətini qanlı faciə törətməkdə ittiham edən nitqi səsləndi. Azərbaycan SSR-in o vaxtkı rəhbərliyinin qeyri-adekvat siyasəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti ağırlaşdırırdı. Azərbaycanın o vaxtkı rəhbərləri yeni dövlət quruculuğu siyasətinə keçməkdə gecikir, çoxsaylı səhvlərə yol verirdilər. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 7 rayonu, o cümlədən Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli işğal edildi. Təqribən bir milyon adam qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

Yalnız 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Dağlıq Qarabağ münaqişəsində yeni səhifə açıldı. 1993-cü ildə Heydər Əliyev yeni Azərbaycan dövlətçiliyi yaratdı. O vaxtdan Dağlıq Qarabağ probleminə real münasibət yarandı: Azərbaycan öz bütövlüyünü qoruyub saxlamalıdır və bu mövqeyindən bir addım da geri çəkilməyəcək. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir başqa qərar ola bilməz və olmamalıdır.

Müəllif vurğulayır ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı 4 qətnamə (822, 853, 874 və 884) qəbul etdi. Son illər müxtəlif beynəlxalq təşkilatlarda məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan diplomatiyası Ermənistanın Azərbaycana münasibətdə təcavüzkar siyasətini ifşa edən bir sıra sənədlərin qəbul edilməsinə müvəffəq olub. Belə ki, Avropa Şurasının Parlament Assambleyası 2005-ci il yanvarın 25-də “ATƏT-in Minsk qrupunun (Rusiya, ABŞ və Fransa) məşğul olduğu Dağlıq Qarabağ bölgəsində münaqişə” adlı 1416 nömrəli qətnamə qəbul edib.

Beləliklə, Ermənistan tərəfinin bütün səylərinə baxmayaraq, Azərbaycan diplomatiyası Avropa Şurasının Parlament Assambleyasında bu mühüm sənədin qəbul edilməsinə müvəffəq olub. Sənəddə Ermənistan Avropa Birliyi tərəfindən faktiki olaraq təcavüzkar ölkə kimi tanınıb.

Məqalədə deyilir: “Dövlət və onun tərkib hissələri arasında münaqişələrin həllində Konstitusiya ədalət mühakiməsinin orqanları bir tərəfdən subyektin Konstitusiya ilə müəyyən edilmiş hüquqi statusuna verilən zəmanətə əməl olunmasını, digər tərəfdən dövlətin bütövlüyünün və birliyinin müdafiəsini təmin etməlidir. Başqa sözlə desək, Konstitusiya Məhkəməsi dövlət və onun tərkib hissələri arasında əsas qanunla müəyyən olunan balansı dəstəkləyən rol oynayır. Zənnimizcə, belə məsələlərin həlli zamanı Konstitusiya icraatında muxtariyyət nümayəndələrinin iştirakı təmin olunmalıdır ki, təmsil etdikləri muxtariyyətlərin hüquqlarını və qanuni maraqlarını müdafiə edə bilsinlər. Milli azlıqlar məsələsinin həlli mədəni muxtariyyətdən tutmuş ümumi dövlətin federativ, yaxud da konfederativ quruluşunadək çox geniş diapazona malikdir.

Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və gələcəyi barədə fikirlərini yekunlaşdıran müəllif bu münaqişəni yalnız bir mənəvi meyarla qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini sitat gətirib: “Bütün bu diplomatik uğurlar, əlbəttə ki, bizi sevindirir və mövqeyimizi gücləndirir. Ancaq bir halda ki, torpaqlarımız hələ də işğal altındadır, bütün bu nəticələrin böyük əhəmiyyəti yoxdur. Əhəmiyyət o olacaq ki, Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad olunacaq, bizim soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar”. İlham Əliyev Azərbaycanın sülh danışıqlarına sadiq olmasını ən böyük kompromis hesab edir. Azərbaycan ümid bəsləyir ki, bütün siyasi, iqtisadi, diplomatik və regional amillərdən istifadə etməklə, tarixi ədaləti bərpa etməyə və işğal edilmiş əraziləri geri qaytarmağa müvəffəq olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH