Daha 300 peşə və kvalifikasiya standartı hazırlanıb
Bakı, 26 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əmək bazarında prioritet peşələr üzrə peşə və kvalifikasiya standartlarının hazırlanması işlərini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il ərzində daha 300 peşə və kvalifikasiya standartı hazırlanıb.
Həmin standartlar işçinin müvafiq peşə və ixtisas üzrə yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur. Onlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.
Yeni hazırlanmış standartlar Peşə və Kvalifikasiya Standartlarının Reyestrinə daxil edilib və hazırda reyestrdə 1600-dən çox standart mövcuddur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:05]
Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb
- 02.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 02.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 2 oktyabr
- 02.10.2026 [11:47]
Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]