Daha bir siyasi partiya ofis sahəsi ilə təmin edilib
Bakı, 16 noyabr, AZƏRTAC
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, siyasi fəaliyyətin daha əlverişli şəraitdə yerinə yetirilməsi, iş imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu prosesin davamı olaraq, Xidmət tərəfindən Azadlıq Partiyasına Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 161b ünvanında yerləşən ofis sahəsi təqdim olunub.
Partiya nümayəndələri fəaliyyət göstərəcəkləri ofislə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:19]
Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur
- 23.09.2026 [13:11]