DAŞKƏNDDƏ BEYNƏLXALQ ƏTRAF MÜHİT GÜNÜ MÜNASİBƏTİLƏ EKOLOJİ FESTİVAL KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Beynəlxalq ətraf mühit günü münasibətilə Özbəkistan paytaxtında “Ekosan” Beynəlxalq təşkilatı Daşkənd şəhər hakimiyyəti ilə birgə ekoloji festival keçirmişdir.
Azərbaycan, Türkiyə, Ukrayna, Əfqanıstan, Misir, Hindistan, Vyetnam, Küveyt, Latviya, Fələstin və Tacikistanın Daşkənddəki səfirlikləri, paytaxtda fəaliyyət göstərən mədəniyyət mərkəzləri onlar üçün ayrılmış guşələrdə öz dövlətlərində ekoloji mədəniyyyətlə bağlı həyata keçirilən layihələr, ölkələrin rəmzləri haqqında məlumat vermiş, iştirakçılara öz dövlətlərinin tarixi, ədəbiyyatı, incəsənəti haqqında kitab, jurnal, broşürlər hədiyyə etmişlər.
Azərbaycan üçün ayrılmış pavilyonda Heydər Əliyev Fondu tərəfindən “Qarabağ həqiqətləri” seriyasından rus dilində buraxılmış kitabçalar, Xocalı faciəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı digər kitablar, Azərbaycanın tarixi, mədəniyyəti haqqında çap məhsulları nümayiş etdirilmiş və paylanmışdır.
Ekoloji festival böyük konsert proqramı ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]