“DÇ-2022”: İtaliya Litvanın qonağı olacaq, Almaniya isə Şimali İrlandiyanı qəbul edəcək
Bakı, 31 mart, AZƏRTAC
Bu gecə futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, turun ikinci oyun günündə 6 qrupda 15 qarşılaşma keçiriləcək.
“B” qrupunda İspaniya millisi Kosovonı, Yunanıstan Gürcüstanı qəbul edəcək. “C” qrupunda İtaliya Litvanın, Bolqarıstan Şimali İrlandiyanın qonağı olacaq.
Son dünya çempionu Fransa Bosniya və Herseqovina ilə üz-üzə gələcək. “D” qrupunun digər matçında Ukrayna və Qazaxıstan seçmələri qarşılaşacaqlar.
“F” qrupunda lider Danimarka Avstriyanın qonağı olacaq. Şotlandiya Farer adalarını, Moldova isə İsraili qəbul edəcək.
“I” qrupunda İngiltərə və Polşa milliləri arasındakı görüş daha çox diqqət mərkəzində olacaq. Lakin bu qarşılaşmada dünyanın ən yaxşı futbolçusu Robert Levandovski qonaq komandaya kömək edə bilməyəcək. Xalsız yığmalardan Andorra Macarıstanı, San Marino Albaniyanı qəbul edəcək.
“J” qrupunda lider Almaniya Şimali İrlandiyanı, autsayderlərdən Lixtenşteyn İslandiyanı qəbul edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]