Dekabrın 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşam bəzi yerlərdə çiskin olacağı gözlənilir. Temperaturun gecə 3-6° isti, gündüz 7-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 773 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən,
Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-4° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır. Lakin axşam əsasən şərq rayonlarında yağıntı gözlənilir.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 1-5° şaxta, gündüz 1-4° isti olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 9-14° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,
Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, lakin axşam yağıntı olacağı gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 1-5° şaxta, gündüz 2-7° isti təşkil edəcəkdir.