Denis Haber: Zənnimcə, bu, çox vaxtında olan bir təşəbbüsdür
Bakı, 16 may (AZƏRTAC). Azərbaycan möhtəşəm beynəlxalq tədbirə - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etmişdir.
Forumun çoxsaylı iştirakçılarından biri, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin icraçı direktoru Denis Haber AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir: “Zənnimcə, bu, çox vaxtında olan bir təşəbbüsdür və ölkələr, dinlər arasında dialoq üçün beynəlxalq məkanı genişləndirməli olduğumuz bir vaxtda meydana çıxmışdır. Mən bu foruma hazırlıq prosesində bir ildən çox iştirak etmişəm. Avropa Şurasının üzvü kimi Azərbaycanın Qərb və İslam dünyası arasında dialoq və əməkdaşlıq üçün meydan açması təsadüfi deyildir. Azərbaycan artıq müxtəlif mədəniyyətlərin yanaşı olduğu ölkə statusu qazanmışdır. Burada bütün dinlərə və xalqlara hörmət vardır. Bu ölkə özünün tolerantlığı və qonaqpərvərliyi ilə tanınır. Zənnimcə, bu möhtəşəm görüş mədəniyyətlərin və sivilizasiyaların bundan sonra da yaxınlaşmasına böyük töhfə verəcəkdir”.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]