DEPUTATLARIMIZ ATƏT-İN MİNSK QRUPUNUN HESABATINI TƏLƏB EDƏCƏKLƏR
İyulun 5-dən 9-dək Hollandiyanın Rotterdam şəhərində ATƏT-in Parlament Assambleyasının sessiyası keçiriləcəkdir. Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Səyyad Aran AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, sessiyada “Avropa evinin formalaşması” məsələsi müzakirə ediləcəkdir. Azərbaycan nümayəndə heyəti bu iclasda ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyəti barədə hesabat verilməsini tələb edəcəkdir. Milli Məclisin deputatları həmin məsələnin müzakirəyə çıxarılmasını bir neçə dəfə təklif ediblər. Bu dəfə deputatlarımız öz qərarlarında israrlı olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]