Dərbənddə “Nizami Gəncəvi” tamaşasının premyerası olub
Moskva, 1 noyabr, AZƏRTAC
Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrında “Nizami Gəncəvi” tamaşasının premyerası olub.
AZƏRTAC xəbər verir ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş tamaşanın müəllifi İftixar, quruluşçu rejissor Azərbaycanın Əməkdar artisti Sərvər Əliyevdir.
Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov TASS agentliyinə müsahibəsində bildirib ki, aktyorların nümayiş etdirdiyi istedadlı oyun və gözəl dramaturgiya tamaşaçıların zövqünü oxşayıb. Tamaşaçılar bu əsərə xüsusi sevgi ilə baxıblar. F.Əsgərov deyib: “Burada, Dağıstanda, xüsusən Dərbənddə böyük şair Nizaminin yaradıcılığına xüsusi sevgi var. Axı Nizaminin xanımı məhz bizim doğma Dərbənddən olub. Onun əsərlərində Dərbəndin adı dəfələrlə çəkilir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]