ELM VƏ TƏHSİL
Dilçilik İnstitutunun Elmi şurasının iş planı təsdiqlənib
![](/files/galleryphoto/2024/1/1200x630/17066126764671451799_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17066126764456617180_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17066126762346515111_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17066126765116736816_1200x630.jpg)
Bakı, 30 yanvar, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Qeyd olunub ki, iclası giriş sözü ilə açan institutun direktoru professor Nadir Məmmədli şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.
Sonra 2024-cü il üçün Elmi şuranın iş planı, şöbələr üzrə elmi-tədqiqat işlərinin fərdi planları müzakirə edilərək təsdiqlənib. İş planına daxil edilən məsələlərlə bağlı təkliflər dinlənilib.
İclasda 2023-cü il doktorantura və dissertanturaya (fəlsəfə və elmlər doktorluğu üzrə) qəbul olan 18 nəfərin attestasiyası keçirilib. Həmçinin “Türkologiya” jurnalının tərkibində qismən dəyişiklik edilməsi haqqında qərar qəbul olunub.
Müəssisənin elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva isə cari məsələləri diqqətə çatdırıb.