DİN: 37,8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Bakı, 1 mart, AZƏRTAC
Polis əməkdaşlarının fevralın 28-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 37,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 9,1 kiloqramdan artıq heroin, 19,8 kiloqrama yaxın marixuana, 4,9 kiloqramdan çox həşiş qətranı, 4 kiloqrama yaxın metamfetamin, həmçinin 2800 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]