DİN XADİMLƏRİ İLƏ JURNALİSTLƏRİN GÖRÜŞÜ OLMUŞDUR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçivan şəhərindəki Həzrəti-Zəhra məscidində Muxtar Respublikanın Dini Qurumlarla İş üzrə İdarəsinin təşəbbüsü ilə dəyirmi masa keçirilmişdir. İdarənin rəisi İdris Abbasov və Naxçıvan şəhərinin qazisi hacı Sultan Məhəmməd oğlu bu tədbirin məramlarını açıqlayaraq demişlər ki, 1400 il bundan əvvəl baş vermiş hadisənin mahiyyətini insanlara izah etmək lazımdır, lakin ağlamaqla yox, imam Hüseynin mərdliyini, dönməzliyini, öz etiqadına sədaqətini qabarıq göstərməklə. Din xadimləri insanları fanatizmdən, xurafatdan çəkindirməli, aşura günü bədənə müxtəlif xəsarətlər yetirmək fikirlərindən uzaqlaşdırmalıdırlar. Həmin gün baş yarıb qan axıtmaqdansa, bu qanı bir donor kimi, xəstəxanalarda ehtiyac duyan xəstələrə vermək hər kəsə böyük savab qazandırar.
Muxtar Respublikanın din xadimlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi tədbirin sonunda jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]