Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dmitri Savelyev: Xəzər təhlükəsizlik akvatoriyası kimi qalacaq

Dmitri Savelyev: Xəzər təhlükəsizlik akvatoriyası kimi qalacaq

Moskva, 30 noyabr, AZƏRTAC 

Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya imzalanandan sonra Xəzəryanı region ölkələrinin əməkdaşlığı yeni stimul alıb. Bizim ortaq dənizimiz həm də ortaq qayğımız deməkdir. Ona görə də “Xəzər dialoqu” forumu bu dənizin qorunub saxlanması və müdafiəsi problemlərinə görə narahat olan insanları birləşdirir.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Konvensiya iştirakçısı olan ölkələrin qarşılıqlı fəaliyyətinin mühüm aspektlərindən biri barədə danışıb.

-Dmitri İvanoviç, Moskvada “Xəzər dialoqu-2019” adlı XII beynəlxalq iqtisadi forumun işi başa çatıb. Bu unikal sututarın qorunub saxlanması üçün həmin tədbirin əhəmiyyəti nədən ibarətdir?

-Forumun adında “iqtisadi” sözü olsa da, biz hamımız başa düşürük ki, Xəzərin ekoloji sistemi qorunmasa, onun bioloji resurslarının təkrar istehsalı təmin edilməsə, bu dənizin təbii sərvətlərindən istifadə etmək mümkün deyil. Əgər bu işlər görülməsə, Xəzər akvatoriyasının hər hansı hissəsində yaranan böhran həm dənizin özü üçün, həm də onunla həmhüdud dövlətlərin inkişaf perspektivləri üçün böyük fəlakətə çevrilə bilər. Lakin əgər Xəzərin resurslarının qorunması və bərpası üzrə ümumi səylər birləşdirilsə, ölkələrimiz hələ əsrlərboyu Xəzərdə dənizçilik və balıq ovu, neft və qaz hasilatı ilə məşğul ola, turizm sahəsini inkişaf etdirə və ən başlıcası, dövlətlərarası əməkdaşlığı genişləndirə bilərlər. “Xəzər dialoqu” forumunun əhəmiyyəti hakimiyyət nümayəndələrinin, innovasiya şirkətlərinin, “beyin hücumu” prosesində Xəzərin qorunması üzrə kompleks tövsiyələr hazırlayan alim və ekspertlərin potensialını birləşdirməkdən ibarətdir. Keçənilki forumun iştirakçıları tərəfindən qəbul edilmiş qətnamədə nərə balıqları yetişdirilməsindən, Xəzər suitisinin qorunmasından başlamış, dənizdə brakonyerliyə qarşı mübarizəyə qədər çox geniş ekoloji tədbirlər spektri nəzərdə tutulur.

-Siz Azərbaycanla daim əlaqə saxladığınız üçün yəqin ki, Xəzərdə əməkdaşlıqda bu dövlətin rolunu qiymətləndirə bilərsiniz?

-Şübhəsiz, Azərbaycan Xəzərdə müştərək layihələrin ən fəal iştirakçılarından biridir, ekoloji problemlərin həllinə onun töhfəsi isə durmadan artır. Məsələn, Azərbaycan zooloqları Xəzər suitisi üzrə işçi qrupun tərkibinə daxildirlər. Azərbaycan Milli Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyası Xəzər dənizinin mineral resurslarının və bioloji müxtəlifliyinin öyrənilməsindən başlamış onun ekosisteminə antropogen təsirin qiymətləndirilməsinə qədər müxtəlif məsələlər üzrə sıx əməkdaşlıq edirlər. Yenicə başa çatmış forumda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri də iştirak edirdi. Şirkət Xəzər şelfində neft hasilatı prosesində hər hansı ekoloji risklərin istisna olunmasında maraqlıdır. Qısa desək, Azərbaycan məsul dövlət kimi bizim ortaq dənizimizin təhlükəsizliyi ilə bağlı bütün layihələrdə qarşılıqlı fəaliyyətin zəruri olduğunu dərk edir.

-“Təhlükəsizlik” anlayışına başqa mövqedən yanaşsaq, Xəzərdə kollektiv təhlükəsizlik sistemi yaradılması nə dərəcədə aktualdır?

-Bu məsələnin həllini təxirə salmaq olmaz, çünki Xəzər qeyri-sabitlik mənbələrinə və böhranlı regionlara bilavasitə yaxın ərazidə yerləşir, dünyada turbulentliyin artması isə yeni-yeni təhdidlər doğurur. Geosiyasi baxımdan Xəzər regionu həm iqtisadi, həm də hərbi-siyasi mənada çox mühüm rayondur. Məhz bu səbəbdən, ABŞ və Avropa İttifaqı kimi xarici qüvvələr Xəzəri öz nəzarəti altına almaq istərdilər. Qəbul edilmiş Konvensiyada Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin konturları cızılıb və ona qapalı dəniz statusu verilib. Buna görə, Konvensiyanın iştirakçıları olmayan ölkələrin hərbi gəmilərinin Xəzər akvatoriyasında olması istisna edilir, Xəzərin sahilində isə digər ölkələrin obyektləri, bazaları və hərbi dəstələri olmamalıdır. Bundan əlavə, Konvensiyanın iştirakçısı olan ölkələrin öz ərazilərini Xəzərdə onların qonşularına qarşı hərbi fəaliyyət və təcavüz üçün digər dövlətlərə təqdim etməsi qadağan olunub. Xəzəryanı ölkələrin hər birinin öz hərbi dəniz donanması var. Onların vaxtaşırı keçirilən təlimlərində birgə fəaliyyətin əlaqələndirilməsi və ehtimal edilən hərbi-texniki əməliyyatların detalları sınaqdan keçirilir.

-Axı Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti təkcə silahlı qüvvələr xətti üzrə həyata keçirilmir?

-Təhlükəsizlik çoxfaktorlu anlayışdır. Məsələn, Xəzərdə gəmiçilik güclü külək, toz fırtınası və ya dumanlı hava, həmçinin dənizin buz bağlaması ilə mürəkkəbləşən şəraitdə həyata keçirilə bilər. Buna görə də Xəzər akvatoriyasında gəmilərin təhlükəsizliyini təmin etmək, brakonyerliyə, narkotrafikə, terror təhdidlərinə qarşı səmərəli mübarizə aparmaq, müxtəlif fövqəladə hallara operativ reaksiya vermək zəruridir. Bunun üçün Xəzəryanı ölkələrin sərhədyanı xidmətləri və fövqəladə hallar nazirliklərinin bölmələri təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi, xarici risklərin qarşısının alınması və fövqəladə hallarda yardım göstərilməsi tədbirlərini birlikdə həyata keçirirlər. Xəzər regionundakı ölkələrin heç biri bütün bunları təkbaşına kompleks şəkildə həyata keçirə bilməzdi. Buna görə də Xəzərin təhlükəsizliyinin açarı əməkdaşlıqdır.

-Siz terrorizmin adını çəkdiniz. Xəzər dənizi sahillərində yerləşən dövlətlər üçün bu təhlükə nə dərəcədə realdır?

-Cənubi Qafqaz və Yaxın Şərq ölkələrinin çoxunda müşahidə olunan siyasi və sosial qeyri-sabitlik davam etdikcə aktual olaraq qalan terror təhdidi Rusiyanın və onun müttəfiqlərinin təhlükəsizliyinə təsir göstərəcək. Bu vəziyyətdə Xəzəryanı dövlətlərin silahlı qüvvələrinin əhəmiyyəti region hüdudlarından kənara çıxır və terrordan çəkindirmə funksiyasını yerinə yetirir. Məsələn, Xəzər donanmasının gəmiləri Cənub Hərbi Dairəsinin qoşunları və regiondakı tərəfdaşlarının bölmələri ilə qarşılıqlı əlaqə saxlamaqla yanaşı, həm də ticarət yollarının və neft yataqlarının mühafizəsini təmin edirlər. 2015-ci ilin payızında döyüş gücünün tətbiqi çox əyani şəkildə nümayiş etdirildi: o vaxt Xəzər dənizi akvatoriyasından havaya qaldırılan 26 ədəd “Kalibr” qanadlı raketi 1500 kilometrdən artıq məsafədə Suriya terrorçularının obyektlərini məhv etdi. Terrorizmə və ekstremizmə qarşı mübarizədə Rusiyanın əsas müttəfiqlərindən biri olan Azərbaycan MDB-nin cənub cinahında və Yaxın Şərqdə təhlükəsizliyi təmin edir.

Çox mühüm bir fikri hamının diqqətinə çatdırmaq istəyirəm: Xəzərin resurslarının tədqiqi və mənimsənilməsi ilə bağlı bütün perspektivlər, dənizin bioloji resurslarının qorunub saxlanması və təkrar istehsalı ilə bağlı hər hansı layihələr yalnız o halda reallaşdırıla bilər ki, Xəzər dənizi təhlükəsizlik və əməkdaşlıq ərazisi kimi qalsın. Buna görə də Konvensiyanın iştirakçıları olan ölkələrin silahlı qüvvələrinin başlıca vəzifəsi dəyişməz qalır: bütün Xəzəryanı dövlətlərin təhlükəsizliyini və ortaq Xəzər məkanında bu dövlətlərin müştərək iqtisadi fəaliyyətini təmin etmək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH