Doktorantlar elmi-tədqiqatların konseptual problemləri barədə məlumatlandırılıb
Bakı, 1 noyabr, AZƏRTAC
Təhsil İnstitutunda doktorant və gənc tədqiqatçılar üçün növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov “Tədqiqatın konsepsiyasının müəyyənləşdirilməsi” mövzusunda məruzə edib. O, müasir dövrdə elmi-tədqiqatlara verilən tələbləri, elmi-tədqiqatların aparılması texnologiyalarını, problem baxımından mövcud təcrübənin öyrənilməsini, müvafiq metodikanın hazırlanması və tətbiqini, dissertasiyanın struktur və məzmun məsələlərini şərh edib. Həmçinin elmi-tədqiqatların konseptual problemlərinin həlli istiqamətlərinə aydınlıq gətirilib.
Təqdimatdan sonra İntiqam Cəbrayılov doktorant və gənc tədqiqatçıların suallarını cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]