Doqquz ayda Şəkidə 1510 uşaq dünyaya gəlib
Şəki, 1 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Şəki rayonunda əhalinin sayı 461 nəfər artaraq 189 min 555 nəfərə çatıb. Onlardan 68 min 361 nəfəri şəhər (Turan və Çələbixan qəsəbələri ilə birlikdə), 121 min 194 nəfəri isə kənd əhalisidir. Əhalinin 36,1 faizi şəhər, 63,9 faizi isə kənd yerlərində məskunlaşıb. Rayonda əhalinin sıxlığı 1 kvadratkilometrə 78 nəfər təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsinin rəisi Qəşəm Kərimov məlumat verib.
İdarə rəisi bildirib ki, bu ilin yanvar-sentyabr aylarında Şəki rayonunda 1510 uşaq dünyaya gəlib. Onların 420 nəfəri şəhər, 1090 nəfəri isə kənd əhalisinin payına düşür. Doqquz ayda rayonda 1147 ölüm halı qeydə alınıb. Həmin müddətdə rayon Qeydiyyat şöbəsi tərəfindən Şəkidə 892 nikah və 189 boşanma halı rəsmiləşdirilib.
2021-ci ilin yanvar-sentyabr aylarında əhalinin təbii artımı 363 nəfər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 519 nəfər azdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]
Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu
- 13.06.2026 [16:15]