“Dorian” qasırğası birinci kateqoriyayadək zəifləyib
Bakı, 6 sentyabr, AZƏRTAC
Baham adalarında 30 nəfərin həyatına son qoyan “Dorian” qasırğası birinci kateqoriyaya qədər zəifləyib, hazırda küləyin sürəti saatda 144 kilometrə çatır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sinoptiklərin proqnozuna görə, yaxın bir neçə gün ərzində qasırğa zəifləməyə davam edəcək. Lakin insanların həyatı üçün təhlükə hələ sovuşmayıb. Hazırda qasırğa Uilminqton şəhərindən cənub-şərqə yerləşir və saatda 24 kilometr sürətlə şimal-şərq istiqamətində hərəkət edir.
Qeyd edək ki, ən yüksək beşinci təhlükə səviyyəyə qədər qalxan “Dorian” qasırğası sentyabrın 1-də Baham adalarını öz təsiri altına alıb. Qasırğa arxipelaqın şimalında yerləşən Abako adasına ciddi zərər vurub və azı 30 nəfərin həyatına son qoyub.
“Dorian” qasırğası səbəbindən ABŞ-ın Florida, Corciya, Cənubi və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]