DOSTLUQ VƏ ƏMƏKDAŞLIQ YOLU İLƏ
“Azərbaycan-Belarus: dostluq və əməkdaşlığın 15 ili” - Belarus Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə Azərbaycan İqtisadçılar İttifaqı tərəfindən buraxılmış yeni nəşr belə adlanır. İki müstəqil dövlət arasında diplomatik münasibətlər yaradılmasının 15 illiyinə həsr edilmiş bu nəşrdə yeni cəmiyyət qurulması sahəsində qazanılmış uğurlardan, ənənəvi dostluq əlaqələrindən, müxtəlif sahələrdə tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin inkişafından bəhs edilir.
AZƏRTAC xəbər verir ki, adı çəkilən xüsusi buraxılışın materiallarında iki dövlətin ali rəhbərlərinin qarşılıqlı səfərlərindən, parlamentlər səviyyəsində, eləcə də iqtisadiyyat, elm, mədəniyyət və başqa sahələrdə qarşılıqlı faydalı əlaqələrin qurulmasından söhbət açılır. Azərbaycanın və Belarusun aparıcı siyasətçiləri, iqtisadçılar, alimlər keçilmiş yolu, sosial-iqtisadi inkişafda qazanılmış uğurları, mövcud problemləri təhlil edir, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə mülahizələrini bölüşürlər.
Nəfis tərtibatla buraxılmış bu nəşrdə (layihənin rəhbəri akademik Ziyad Səmədzadədir) hər iki dövlətin zəngin tarixindən danışılır, oxuculara Azərbaycan və Belarus xalqlarının bənzərsiz mədəniyyəti, diaspor nümayəndələri, təbii sərvətləri və turizm marşrutları barədə ətraflı məlumat verilir
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]