DÖVLƏT GƏNCLƏR TEATRI MÖVSÜMÜ “SARA XATUN” TAMAŞASI İLƏ BAĞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Dövlət Gənclər Teatrı özünün 20-ci mövsümünü iyulun 11-də Nizami Saraclının “Sara Xatun” əsəri əsasında rejissor, əməkdar incəsənət xadimi Rəhman Əlizadənin quruluşunda eyni adlı tamaşası ilə bağlamışdır.
Ağqoyunlu hökmdarı Uzun Həsənin anası, xalqımızın ilk diplomat qadını Sara Xatun obrazının Azərbaycan səhnəsində birinci dəfədir ki, canlandırıldığı yeni səhnə əsərində həmin rolda əməkdar artist Qəmər Məmmədova cıxış etmişdir.
“Azərsun holdinq” Mədəniyyət Mərkəzinin səhnəsində oynanılan tamaşada Sara Xatunun həyat və diplomatik fəaliyyətindən bəhs edilən məqamlar, onun Ağqoyunluların dövlət müstəqilliyinin saxlanılmasında Osmanlı sultanı II Mehmetlə bağladığı Yassıçəmən müqaviləsinin əhəmiyyəti diqqətə daha qabarıq çatdırılır.
Tamaşada əsas rollarda teatrın aparıcı aktyorları əməkdar artist Ayşad Məmmədova, Ədalət Əbdülsəmədov, Rəşad Səfərov, Qədirhüseyn İsmayılov və başqaları çıxış etmişlər.
Teatrsevərlər tərəfindən maraqla qarşılanan səhnə əsərinin rəssamı Vüqar Əlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [22:14]
Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]