Dövlət Gömrük Komitəsinin təqdim etdiyi elektron xidmətlər biznes sahələri üçün nəzərdə tutulub
Bakı, 11 iyul, Xatirə Cəfərova, AZƏRTAC
Bu gün "Elektron hökumət"in inkişafı olmadan biznesə yardım qeyri-mümkündür.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, XXI əsrin əsas inkişaf meyillərindən olan elektron ticarət, onun dövriyyəsi və e-hökumət dövlətlərin əsas inkişaf göstəricilərindən birinə çevrilib.
"Elektron ticarət"in və "e-xidmət"lərin əhəmiyyətini vurğulayan komitə sədri Azərbaycanda "e-hökumət" çərçivəsində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin "Elektron hökumət" portalı vasitəsilə təqdim etdiyi 6 elektron xidmət biznes sahələri üçün nəzərdə tutulub. Bu e-xidmətlər "Gömrük ödənişləri", "Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsinin alınması", "Malın adına görə malların təsvirin axtarışı", "Malın koduna görə malların təsvirin axtarışı", "Mənim idxal/ixrac əməliyyatlarım" və "Nəqliyyatın idxalı üçün gömrük rüsumların hesablanması" xidmətləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]