Dövlət İdarəçilik Akademiyası və Mətbuat Şurası “Davamlı insan inkişafı” istiqaməti üzrə kurslar keçirir
Bakı, 28 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Mətbuat Şurası “Davamlı insan inkişafı” istiqaməti üzrə kurslara başlamışdır.
Kurslarda “Media və dövlətçilik” , “İnsan inkişafı konsepsiyası - inkişafın yeni paradiqması kimi”, “Yoxsulluğun aradan qaldırılması istiqamətində dövlət siyasətinin KİV-də işıqlandırılması”, “Davamlı insan inkişafında elm göstəriciləri”, “Təhsilin inkişafında KİV-in rolu”, “Qloaballaşma və KİV”, “Media və onun özünütənzimləmə mexanizmləri” və sair mövzularda müxtəlif sahələrlə bağlı tanınmış mütəxəssislərin məruzələri dinləniləcəkdir.
Ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri kurslar aprelin 28-dən mayın 2-dək keçiriləcəkdir. Sonda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]