Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC Azərbaycan Tələbə Gənclər Təşkilatları (TGT) İttifaqına istinadla xəbər verir ki, tədbirdə TGT-nin nümayəndələri, Dövlət İdarəçilik Akademiyasının Gənclərlə iş üzrə məsul şəxsi Zaur Məmmədov, DİA TGT-nin klub sədrləri və tələbələr iştirak ediblər. Konfransda Zaur Məmmədov çıxış edərək tələbələrin hüquqlarının müdafiəsində, sosial-ictimai fəaliyyətinin təşkilində TGT-nin xüsusi əhəmiyyətini vurğulayıb. Sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Sitarə Cavadova tələbələrə TGT-nın fəaliyyətində yaxından iştirak etməyi tövsiyə edib.
İclasın gündəliyinə uyğun olaraq DİA TGT-nin keçmiş idarə heyətinin üzvü Aysel Cəfərova fəaliyyəti ərzində görülən işlər, keçirilən tədbirlər barədə hesabatla çıxış edib.
Sonra DİA TGT-nin yeni sədri, İnzibati idarəetmə fakültəsinin tələbəsi Murad Həsənxanlı çıxış edərək, görülməsi nəzərdə tutulan işlər barədə məlumat verib.