Dövlət İmtahan Mərkəzi abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradıb
Bakı, 14 may, AZƏRTAC
Mayın 13-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
Abituriyentlər Apelyasiya Komissiyasına mayın 14-dən 16-dək saat 10-dan 17-yə qədər şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş vermiş digər hallarla bağlı müraciətlərə baxılmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:53]
15 İyun – yalnız tarix deyil, qurtuluş rəmzidir
- 12.06.2026 [12:41]
Azərbaycanda bağçalara cəlb edilən uşaqların sayı açıqlanıb
- 12.06.2026 [12:36]
“BilBacar” müsabiqəsinin final mərhələsi yekunlaşıb
- 12.06.2026 [12:23]
Agentlik: Ölkə üzrə 4 min 194 ümumtəhsil məktəbi fəaliyyət göstərir
- 12.06.2026 [11:20]
Rəqəmsal dövlət problemlərinə həsr olunmuş elmi əsərlər toplusu çapdan çıxıb
- 12.06.2026 [10:34]
Azərbaycanın multikultural irsində İsmayıllı molokanlarının toy mərasimləri
- 12.06.2026 [10:22]
Kembric kvalifikasiya imtahanına qeydiyyat elan edilir
- 12.06.2026 [10:19]