DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ “VİRTUAL BANK” TƏDRİS MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Açılış mərasimində universitetin rektoru, professor Şəmsəddin Hacıyev çıxış edərək, ümummilli liderimiz Heydər Əliyevin təhsilimizə diqqət və qayğısından danışmış, Prezident İlham Əliyevin bu sahənin inkişafına böyük önəm verdiyini vurğulamışdır.
Rektor rəhbərlik etdiyi ali məktəbdə əldə edilən uğurlardan da söz açmış, yeni tədris mərkəzinin əhəmiyyətini nəzərə çarpdırmışdır.
Rusiyanın “URALSİB” Maliyyə Korporasiyasının prezidenti Nikolay Svetkov bu qurumun fəaliyyəti barədə geniş məlumat vermişdir.
Yaxın gələcəkdə həyata keçirəcəkləri tədbirlərdən danışan N.Svetkov Azərbaycanın ayrı-ayrı bölgələrində yeni bank filialları açılmasının nəzərdə tutulduğunu da bildirmişdir. O, yeni tədris mərkəzindən səmərəli istifadə ediləcəyinə əmin olduğunu söyləmişdir.
Sonra tədbir iştirakçıları lazımi texniki avadanlıqla təchiz edilmiş “Virtual bank” tədris mərkəzi ilə tanış olmuşlar.