DÖVLƏT İSTİQRAZLARININ 73,3 FAİZİ BAKI FOND BİRJASINDA KEÇİRİLƏN HƏRRACLARDA YERLƏŞDİRİLMİŞDİR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin altı ayında 2 milyard 784,7 milyon manat məbləğində müxtəlif növ qiymətli kağız buraxılışı qeydiyyata alınmışdır.
Qiymətli kağızların ümumi emissiyasının 50,5 faizini Milli Bankın notları, 6,6 faizini dövlət qısamüddətli istiqrazları, 42,3 faizini səhmlər və korporativ istiqrazlar, 0,6 faizini isə mənzil sertifikatları və ipoteka kağızları təşkil etmişdir.
Yarım ildə buraxılmış dövlət istiqrazlarının 73,3 faizi, Milli Bankın notlarının isə 67,7 faizi Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilmişdir.