DÖVLƏT QISAMÜDDƏTLİ İSTİQRAZLARININ YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyunun 6-da Bakı Fond Birjasında (BFB) dövlət qeydiyyatından keçmiş, ümumi məbləği 10 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti isə 364 gün olan dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
İstiqrazlar 2009-cu il iyunun 5-də ödəniləcəkdir.
Hərrac zamanı, DQİ buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbuluna icazə verilir.