Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət qulluğunun strateji modernizasiyası: Azərbaycan modeli

Dövlət qulluğunun strateji modernizasiyası: Azərbaycan modeli

Bakı, 19 iyun, AZƏRTAC

Dövlət qulluğu ölkənin idarəetmə sisteminin əsas sütununu təşkil edir. Bu gün respublikamız bütün dünyada zəngin iqtisadi, siyasi və hərbi potensialı olan dövlət kimi tanınır və qəbul edilir. Azərbaycan qısa zaman kəsiyində siyasi və iqtisadi cəhətdən güclü, millətlərarası və konfessiyalararası vəhdətin dövlət ideologiyasının əsasını təşkil edən ölkəyə çevrilib, publik və sosial institut imici qazana bilib. Həmçinin respublikamızda dövlət-özəl tərəfdaşlığının özünəməxsus yeni formatı və modeli sınaqdan keçirilib.

Bu fikirlər siyasi elmlər doktoru professor Ziyafət Həbibovanın “Dövlət qulluğunun strateji modernizasiyası: Azərbaycan modeli” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni ixtisarla təqdim edir.

Dövlət aparatının vətəndaşlar qarşısında daha səmərəli, mobil və yönəlik, daim təkmilləşən bir çağırışı var ki, bu da insan kapitalıdır. Dövlət qulluğu sistemi idarəetmə prosesində peşəkarlığın və davamlılığın təminatçısı kimi çıxış edir. Müasir dövrdə dövlət qulluğunda kompetensiyayönümlü seçim mexanizmləri tətbiq olunmağa başlanıb.

Azərbaycanda dövlət qulluğu sahəsində son illərdə aparılan islahatlar bu sistemin daha şəffaf, çevik və vətəndaşyönümlü olmasına yönəlib. Bu çərçivədə “Azərbaycan modeli” formalaşır və beynəlxalq təcrübə ilə sintez olunan bir yanaşma ortaya qoyulur. Azərbaycan dövləti strateji islahatlarla dövlət qulluğunu yeni mərhələyə daşıyır. Bu prosesdə şəffaflıq, effektivlik və vətəndaş məmnuniyyəti əsas prioritetlər sırasındadır. Formalaşan “Azərbaycan modeli” regional miqyasda uğurlu bir idarəçilik nümunəsi kimi çıxış edir. Müasir dövrdə dövlət idarəçiliyi sisteminin effektivliyi birbaşa olaraq dövlət qulluğunun səviyyəsi ilə bağlıdır. Qloballaşma və texnoloji inkişaf kontekstində dövlət qulluğu yalnız idarəetmənin icraedici mexanizmi deyil, həm də cəmiyyətin ehtiyaclarına uyğunlaşa bilən çevik və strateji bir struktur kimi fəaliyyət göstərməlidir. Bu baxımdan, Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatlar və modernizasiya cəhdləri xüsusi diqqətə layiqdir. Siyasi təyinatlı vəzifələrlə peşəkar dövlət qulluğu vəzifələri arasında funksional aydınlıq artıq yüksək mərhələyə qədəm qoymaqdadır. Bu isə peşəkarlıqdan, xidmətin idarəetmədə sabitlik yarada bilməsindən xəbər verir. Qlobal idarəetmə tendensiyalarına uyğun olaraq, Azərbaycan dövlət qulluğu sisteminin çevik idarəetməyə uyğunlaşması qabiliyyəti idarəçilik mədəniyyətinin yüksələn xətlə inkişafını artıq beynəlxalq aləmdə göstərir. Eyni zamanda, peşəkar şəxslərin uzunmüddətli karyeralarını dövlət aparatı ilə bağlamaları dövlət qulluğunda həm “daxildən”, həm də “xaricdən” cəlbediciliyin iş prinsiplərinə uyğun olaraq aktiv şəkildə yerinə yetirilməsinin təminatına çevrilməlidir. Bunun üçün dövlət qulluğunda yeni yanaşmaların tətbiqi zəruri tələb kimi qarşıya qoyulub.

Dövlət orqanlarında çalışan vəzifəli şəxslər, yəni dövlət qulluqçuları cəmiyyətə və dövlətə xidmət göstərmək üçün həyata keçirdikləri peşəkar fəaliyyətləri ilə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, eləcə də digər dövlət idarəetmə qurumlarında qarşılıqlı olaraq həyata keçirdikləri proqramda dövlətin funksiyalarının fasiləsiz yerinə yetirilməsinə şərait yaradırlar.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan islahatlar istiqamətindəki fəaliyyət hazırda Prezident İlham Əliyevin uğurlu siyasəti ilə yeni mərhələyə qədəm qoyub. Sosial-iqtisadi sahələrdə əldə olunan uğurlar beynəlxalq reytinq agentliklərinin (“Fitch Ratings”, “Moodys”, “Standard & Poors”) Azərbaycan iqtisadiyyatı ilə bağlı ildən-ilə yaxşılaşan qiymətləndirmələrində də öz əksini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət idarəçiliyi islahatlarının əsas istiqamətlərindən biri dövlət qulluğu sisteminin təkmilləşdirilməsi məsələsidir. Bu sahədə həyata keçirilən islahatların hüquqi və normativ əsasları dövlət idarəetməsinin səmərəliliyini artırmaq, şəffaflığı təmin etmək və peşəkar kadr potensialını formalaşdırmaq məqsədi daşıyır. Dövlətimizin başçısının iradəsi ilə son illərdə dövlət qulluğu sahəsində qəbul edilən qanunvericilik aktları və normativ-hüquqi sənədlər ölkədə müasir, çevik və vətəndaşyönümlü dövlət idarəçiliyinin formalaşmasına təkan verib.

Dövlət qulluqçuları vətəndaşlara təhsil, səhiyyə, sosial təminat, təhlükəsizlik və digər xidmətlərin göstərilməsində iştirak edirlər. Bu da onların vətəndaşlarla birbaşa əlaqə yaratdıqlarını və ictimai rifahın təminində əhəmiyyətli olduqlarını göstərir. Dövlət qulluğu sisteminin sabitliyi idarəetmədə davamlılığı təmin edir. Bu, dövlətin funksiyalarının fasiləsiz yerinə yetirilməsinə şərait yaradır. Dövlət qulluğu sistemində çalışanlar idarəetmə islahatlarının hazırlanması və həyata keçirilməsində əsas qüvvədir. Onlar yeni idarəetmə metodlarının tətbiqində mühüm rol oynayırlar. Azərbaycanda dövlət qulluğu sisteminin formalaşması və inkişafı ardıcıl şəkildə həyata keçirilmiş hüquqi və institusional islahatlara əsaslanır. Dövlət qulluğu sahəsində qəbul olunan qanunvericilik aktları, institusional yeniliklər və rəqəmsallaşmayönümlü tədbirlər ölkədə şəffaf, effektiv və vətəndaşyönümlü idarəçiliyin qurulmasına xidmət edir.

Dövlət qulluğunda Azərbaycan modelinin formalaşması, ölkəmizdə dövlət qulluğunun müasir modelinin əsası 2000-ci ildə qəbul olunmuş “Dövlət qulluğu haqqında” Qanunla qoyulub. Bu Qanun dövlət qulluğunun hüquqi, təşkilati və etik çərçivələrini müəyyən edərək, sistemin şəffaf və səmərəli şəkildə fəaliyyətinə zəmin yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sahəsində həyata keçirilən qanunvericilik və normativ islahatlar Azərbaycanın dövlət idarəçiliyində keyfiyyət dəyişikliyi yaradıb. Hüquqi mexanizmlərin təkmilləşdirilməsi, şəffaf və ədalətli kadr seçimi sistemi, etik davranış normaları və rəqəmsal idarəetmə modelləri dövlət qulluğunu müasir tələblərə uyğunlaşdırıb. Bu hüquqi və normativ baza ölkədə səmərəli dövlət idarəçiliyinin əsas sütunu kimi çıxış edir və gələcək islahatlar üçün etibarlı zəmin yaradır. Bütövlükdə deyə bilərik ki, bu model regionda strateji yanaşma baxımından nümunə göstərilə bilər və gələcəkdə bu sahədə islahatların dərinləşdirilməsi üçün möhkəm zəmin formalaşdıracaq gücə malikdir.

İyunun 23-ü Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Beynəlxalq Dövlət Qulluğu Günü kimi 2003-cü ildən qeyd olunur. Bu gün dövlət qulluqçularının cəmiyyətin rifahına və dövlətin idarəolunmasına verdiyi töhfənin tanınması məqsədi daşıyır. Dövlət Qulluqçularının Peşə Bayramı Günü ərəfəsində bu institutun inkişaf trayektoriyasını təhlil etmək, xüsusilə də Prezident İlham Əliyevin bu sahədəki strateji idarəetmə rolunu araşdırmaq xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə çalışan hər bir şəxs yalnız vəzifə daşıyıcısı deyil, həm də dövlətin etimadının daşıyıcısı, cəmiyyətlə dövlət arasında etibarlı körpüdür. Bu, dövlət qulluqçularının əməyinə verilən yüksək qiymətin göstəricisidir.

Dövlət qulluğunun müasir modelinin formalaşdırılması bu islahatların mühüm istiqamətlərindən biridir. Azərbaycanda dövlət qulluğu sistemi son 20 ildə mühüm inkişaf yolu keçib. Strateji modernizasiya istiqamətində atılan addımlar, dövlətin effektivliyini və vətəndaşlara xidmət səviyyəsini yüksəldib. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sistemi Avropa İttifaqı, BMT və digər beynəlxalq təşkilatların tövsiyələrinə uyğun təkmilləşdirilib, dövlət qulluğunun hüquqi bazası meritokratiya, şəffaflıq, siyasi neytrallıq və peşəkarlıq prinsiplərinə uyğunlaşdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib