“DÖVLƏT QULLUĞUNUN TƏŞKİLATİ ƏSASLARI VƏ KADR SİYASƏTİ” KURSUNUN NÖVBƏTİ BURAXILIŞI OLMUŞDUR
“Dövlət qulluğunun təşkilati əsasları və kadr siyasəti” proqramı üzrə kursların keçirilməsindən məqsəd dövlət qulluğunun təşkili və dövlət hakimiyyəti orqanları heyətinin xidməti fəaliyyətinin müasir texnologiyalar əsasında idarə olunması sahəsində dinləyicilərə yeni biliklərin verilməsidir.
İcra hakimiyyəti orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçilərinin iştirak etdiyi kurslarda dövlətin kadr siyasəti, kadr təminatı prinsipləri, dövlət qulluğunun hüquqi əsasları, dövlət qulluğu heyətinin attestasiyası, eləcə də bu sahədə beynəlxalq təcrübədən yararlanma və digər məsələlər əhatə olunmuşdur.
Təhsil müddətində Prezident Administrasiyasının, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi nümayəndələrinin, Avropa Birliyinin dəstəyi ilə Dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi üzrə TACİS layihəsi rəhbərinin və digər mütəxəssislərin müxtəlif mövzularda mühazirələri dinlənilmişdir.