Dövlət qurumlarının informasiya sistemləri üzrə keçiriləcək monitorinqinə hazırlıq işi aparılır
Bakı, 18 iyun, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) bu ilin sentyabr ayından dövlət orqanlarının mülkiyyətində olan informasiya sistemlərinin növbəti monitorinqini keçirməyi planlaşdırır. Bununla əlaqədar məlumatların əvvəlcədən əldə edilməsi məqsədilə MHM tərəfindən dövlət qurumlarının mülkiyyətində olan informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün anket sorğusu hazırlanaraq müvafiq qurumlara göndərilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, artıq 11 dövlət qurumu informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün tərtib olunmuş anket sorğusunu cavablandırıb. Bu qurumlara Fövqəladə Hallar, Gənclər və İdman, İqtisadiyyat və Sənaye, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Müəllif Hüquqları Agentliyi, Statistika, Qiymətli Kağızlar, Diasporla İş üzrə Dövlət komitələri daxildir.
Sorğunu cavablandırmaq üçün https://www.e-gov.az/sorgu linkinə e-imza vasitəsilə daxil olaraq "Dövlət təşkilatlarında elektron xidmətlərin səmərəliliyini qiymətləndirən tədqiqat sorğusu"na elektron şəkildə göndərmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]