DÖVLƏT RADİOTEZLİKLƏR İDARƏSİNİN ƏMƏKDAŞLARI RUSİYADA İXTİSASARTIRMA KURSLARI KEÇİRLƏR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) bir qrup əməkdaşı M.F.Bonç Bruyeviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiyalar Universitetində ixtisasartırma kurslarında iştirak edir.
Mayın 19-da "Ötürücülərin şüalanma parametrlərinin ölçülməsi və radionəzarət" ixtisası üzrə başlanan kurslar ayın 30-dək davam edəcəkdir.
Qeyd edək ki, cari ildə DRİ-nin bir sıra əməkdaşı artıq həmin universitetdə ixtisasartırma kursları keçmişlər.
M.F.Bonç Bruyeviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiyalar Universiteti çoxkanallı telekommunikasiya sistemləri, rabitə şəbəkələri, radioyayım və televiziya, radiotexniki sistemlər, radiofizika və elektronika, videotexnika, akustika, rabitə vasitələrində proqram təminatı və texnologiya, iqtisadiyyat və menecment üzrə mütəxəssislər hazırlayan Rusiyanın ən iri ali təhsil ocağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]