Dövlət Reklam Agentliyi “ASAN ödəniş” sisteminə inteqrasiya edildi
Bakı, 3 yanvar, AZƏRTAC
Sahibkarlar Dövlət Reklam Agentliyi üzrə rüsum və yayım haqqı ödənişlərini “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirə bilərlər.
Dövlət Reklam Agentliyindən AZƏRTAC-a bildirilib ki, müvafiq ödənişləri www.asanpay.az portalı və “e-Manat” terminalları vasitəsilə də etmək mümkündür.
Dövlət Reklam Agentliyi üzrə rüsum və yayım haqlarının ödənişi yaxın gələcəkdə mərhələli şəkildə bütün ödəniş portalları və terminallarından həyata keçiriləcək.
Qeyd edək ki, “ASAN ödəniş” sistemi Azərbaycan Prezidentinin 2014-cü il 11 fevral tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 6 publik hüquqi şəxs və dövlətə məxsus 5 hüquqi şəxs olmaqla 120 dövlət qurumunun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və s. ödənişlər “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları, www.e-gov.az portalı eləcə də, sistemə qoşulmuş digər ödəniş portalları və terminalları vasitəsilə təmin edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]