DÖVLƏT SƏRHƏDİNİN DELİMİTASİYASI VƏ DEMARKASİYASI KOMİSSİYALARININ BEŞİNCİ BİRGƏ İCLASI
Xəbər verdiyimiz kimi, dekabrın 25-26-da Bakıda Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların beşinci birgə iclası keçirilmişdir.
XİN-dən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini X.Xələfovun və Gürcüstan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Z.Kandelakinin başçılıq etdikləri komissiyaların iclasında komissiyaların, habelə ekspert qruplarının üzvləri, Azərbaycan Respublikasının sərhədyanı rayonlarının icra hakimiyyətlərinin başçıları, iki ölkənin müvafiq nazirlik və idarələrinin nümayəndələri iştirak edirdilər.
İclasda ekspert qruplarının bu il noyabrın 6-9-da Azərbaycanda və 25-30-da Gürcüstanda keçirilmiş görüşlər zamanı görülmüş işlər barədə məlumatı dinlənilmişdir.
Tərəflər müvafiq sahələrdə dövlət sərhədi xəttinin keçməsi məsələləri barədə fikir mübadiləsi aparmış, delimitasiyaya dair sənədləri və kartoqrafiya materiallarını nəzərdən keçirmişlər.
Bir sıra məsələlərdə razılıq əldə edildikdən sonra komissiyalar növbəti birgə iclasın Gürcüstanda keçirilməsinə hazırlıq məqsədi ilə ekspertlər səviyyəsində işi davam etdirməyi qərara almışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]