DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN AĞCABƏDİ RAYON ŞÖBƏSİ ÜÇÜN TİKİLMİŞ BİNANIN AÇILIŞI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağcabədi rayon şöbəsi üçün tikilmiş yeni binanın açılışı olmuşdur. Açılış mərasimində DSMF-nin sədri Səlim Müslümov iştirak etmişdir.
Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev muzeyi ilə tanış olmuş, rayonun mərkəzi meydanında ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsini hörmətlə yad etmişlər.
Yeni tikilmiş binanın açılışına həsr olunmuş mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası rayon Qadınlar Şurasının sədri Kamilə Zamanlı ölkədə vüsət almış quruculuq işlərindən söz açmış, göstərilən qayğı və diqqətə görə ölkə başçısına minnətdarlığını bildirmişdir.
DSMF-nin Ağcabədi rayon şöbəsinin müdiri Kamil Quliyev fondun fəaliyyəti barədə məlumat vermiş və kollektiv üçün yaradılmış şəraitə görə ölkə rəhbərliyinə təşəkür etmişdir.
DSMF-nin sədri Səlim Müslümov ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan, pensiyaçılara və aztəminatlı ailələrə dövlət qayğısından danışmışdır.
Səlim Müslümov binanın açılışını bildirən rəmzi lenti kəsdikdən sonra iş otaqlarını gəzmiş, fondun əməkdaşlarına tövsiyələrini vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]