DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN BEŞ AY ÜÇÜN İLKİN HESABATI AÇIQLANMIŞDIR
Büdcə təşkilatlarından daxilolmalar proqnozda nəzərdə tutulan məbləği tam ödəməsə də, məcburi dövlət sosial sığorta haqları qeyri-büdcə təşkilatları tərəfindən nəzərdə tutulduğundan artıq ödənilmiş məbləğlə kompensasiya olunmuş, beləliklə, proqnoza artıqlaması ilə əməl edilmişdir.
Dövlət büdcəsindən proqnozda nəzərdə tutulmuş 63,333 milyon manat vəsait DSMF-nin büdcəsinə transfer olunmuşdur.
Cari ilin yanvar-may ayları üçün DSMF tərəfindən əhalinin pensiya və müavinətlərinin ödənilməsinə ümumilikdə, 199,373 milyon manat vəsait xərclənmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 21,793 manat çoxdur.
Bu dövrdə əmək pensiyalarının ödənilməsi xərcləri 189,015 milyon manat, dövlət qulluqçularının pensiyalarının ödənilməsi xərcləri isə 5,405 milyon manat təşkil etmişdir. Məcburi dövlət sosial sığorta xərcləri və digər xərclər də keçən ilin müvafiq dövrünə nisbətən çox olmuşdur.