Dövlət Statistika Komitəsinin nümayəndələri Çexiyada təlim səfərində olmuşlar
Bakı, 21 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (DSK) nümayəndələri Nuru Süleymanov və Sevinc Hüseynova Çexiyanın Statistika İdarəsində təlim səfərində olmuşlar.
DSK-dan AZƏRTAC-a bildirmişlər ki, təlim səfəri sığorta xidmətləri buraxılışının hesablanması və maliyyə sektoru hesablarının qurulması sahəsində Çexiya təcrübəsinin öyrənilməsi, həmçinin Avropa Hesablar Sisteminin (AHS-2010) tətbiqi üzrə aparılan işlərlə tanışlıq məqsədi daşımışdır.
Səfər çərçivəsində maliyyə korporasiyalarının alt sektorları və onların AHS-2010-a uyğun müəyyən edilməsi, sığorta təşkilatları və xüsusi pensiya fondları üzrə AHS-2010-un tövsiyələrinə uyğun milli hesablar statistikası göstəricilərinin hesablanması və digər müxtəlif məsələlər müzakirə olunmuşdur.
Çexiya Statistika İdarəsinin mütəxəssisləri azərbaycanlı həmkarları ilə əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bildirilmiş, 2014-cü ilin aprel-sentyabr aylarında əsas kapitalın istehlakının hesablanmasına dair praktiki seminarların təşkil olunmasını təklif etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:28]
BEOC-da transformasiya və texnoloji yeniliklər təqdim olunub
- 19.06.2026 [12:10]
Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA
- 19.06.2026 [11:40]