Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Vergi Xidmətində korrupsiya ilə sistemli mübarizə aparılır

Dövlət Vergi Xidmətində korrupsiya ilə sistemli mübarizə aparılır

Bakı, 3 may, AZƏRTAC

Müasir dövrümüzdə dövlətlərin idarəetmə sistemində təzahür edən modernləşmə yeni idarəetmə modellərinin, müasir, vətəndaşa yönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarıb. Yeni idarəetmə modellərinin mühüm şərti dövlət xidmətlərinin fəaliyyətində şəffaflığın təmin edilməsidir.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, yeni rəqəmsal mexanizmlərin tətbiqi, insan kapitalı, ictimai əməkdaşlıq, asan və səmərəli xidmətlə vətəndaş məmnunluğuna nail olmaq müasir islahatların əsas elementləridir.

Dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsinin mühüm şərtlərindan biri insan kapitalının keyfiyyətinin artırılmasıdır. Çünki müasir dövlət idarəetməsinin ənənəvi funksiyaları ilə yanaşı, indi proqnozlaşdırma, strateji təhlil, qiymətləndirmə, marketinq, innovasiyalardan və müasir texnologiyalardan fəal istifadə kimi bacarıqlar tələb olunur. Bu baxımdan dövlət xidmətlərinin yeni, gənc və müasir biliklərə malik kadrlarla komplektləşdirilməsi bu gün hökumətin qarşısında duran əsas prioritetlərdən biridir.

Yenilənən insan resursları

Azərbaycanın vergi orqanları kadrların yenilənməsi, vergi orqanlarına işə qəbul və vakant vəzifələrin tutulması prosesində müasir yanaşma həyata keçirir. Vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artması insan kapitalına olan müasir tələblər və çağırışlar formalaşdırıb. Müasir vergi administrasiyasında analitik potensialın gücləndirilməsi yeni informasiya texnologiyalarından sərbəst istifadə edən və yüksək biliklərə malik olan kadrların formalaşdırılmasını və yetişdirilməsini tələb edir.

Son illərdə vergi xidmətinə qəbul edilən bütün kadrlar iki pilləli işə qəbul müsabiqələrindən keçiblər. Bu günə qədər test üsulu ilə işə qəbul olunan gənc kadrlar vergi xidmətində çalışanların 50 faizindən çoxunu təşkil edir.

Bu gün vergi xidmətinin rəhbərliyi, habelə yüksək vəzifələrdə çalışanların mütləq əksəriyyəti həmin gənc kadrlardan təşkil olunub. Bununla yanaşı, xüsusilə rəhbər vəzifəli şəxslərin potensialının sistemli şəkildə artırılması, əməkdaşların yerdəyişməsi (rotasiya) mexanizminin və qaydalarının təkmilləşdirilməsi, işçilərin peşəkarlığının artırılması istiqamətində tədbirlər görülür. Hər bir əməkdaş mütəmadi şəkildə müxtəlif təlim proqramlarına cəlb edilir, yeni işə təyin olunmuş əməkdaşlar üçün adaptasiya proqramları, vergi orqanı əməkdaşlarının fəaliyyətinin səmərəliliyinin müəyyən edilməsi üçün qiymətləndirmə mexanizmləri tətbiq edilir. Həmçinin işçiləri motivasiya edən, onların normal yaşayışını təmin edən əməkhaqqı və mükafat sistemi var.

Bu gün vergi xidmətində vəzifə irəliləyişi yalnız peşəkar fəaliyyətin əsasında mümkündür. Hətta xidmətin struktur rəhbərləri belə vəzifəyə birbaşa təyinat almır, müəyyən müddət onlara bu vəzifələrin icrası müvəqqəti tapşırılır. Fəaliyyətin və iş göstəricilərinin uğurlu nəticələri, habelə heyətin idarə olunması sahəsində yüksək menecment göstərildikdən sonra rəhbər vəzifələrə təyinat aparılır.

İctimai iştirakçılıq ictimai nəzarətin forması kimi

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinin və onların işinin effektiv qurulmasının metodlarından biri də həmin qurumların işinə vətəndaş cəmiyyətinin cəlb edilməsi, ictimai şuraların yaradılması və bu müzakirələrin verilən qərarlara təsiri hesab olunur. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu bu məsələləri tənzimləyir. İctimai iştirakçılığın müxtəlif formaları mövcuddur ki, onlardan biri də ictimai birliklərlə işin qurulması, vətəndaş cəmiyyəti institutlarının qurumun fəaliyyətinə yaxından cəlb edilməsidir.

Dövlət Vergi Xidməti bu baxımdan vətəndaş cəmiyyəti institutları və ekspert cəmiyyəti ilə yaxından işləyən strukturlardan biridir. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesi artıq neçə illərdir ki, vətəndaş cəmiyyəti ilə ciddi müzakirələrdən sonra aparılır. Xüsusən, sahə üzrə ekspertlərin cəlb edilməsi ilə vergi qanunvericiliyi təhlil edilir, qanunvericilikdəki təkmilləşdirilməli zəruri məqamlar müəyyən edilir və onların təhlili aparılaraq müvafiq dəyişikliklər layihəsi hazırlanır.

Bu yaxınlarda Dövlət Vergi Xidmətinin strukturunda - Vergi siyasəti baş idarəsində Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsi yaradılıb. Yeni strukturun formalaşdırılmasında əsas məqsəd dövlətlə sahibkarlar arasında münasibətləri dialoq platformasında inkişaf etdirmək, sahibkarların vergi qanunvericiliyi ilə əlaqədar qarşılaşdıqları sektoral problem və çətinliklərin dinlənilməsi, qanunvericilik və inzibatçılığın yeni çağırışlara uyğun təkmilləşdirilməsindən ibarətdir.

Bu struktur sahibkarların maraqlarını təmsil edən sahibkar birlikləri, assosiasiyaları və digər ödəyici qrupları ilə qarşılıqlı əməkdaşlığa əsaslanan birgə fəaliyyəti təmin edəcək.

Dövlət Vergi Xidmətində aparılan bu institusional islahatlar ictimai iştirakçılığın təmin edilməsinə xidmət edir. Bu iştirakçılığın gələcəkdə dövlət və biznes üçün faydası olan nəticəli prosesə çevrilməsi istiqamətində daha da genişləndirilməsi nəzərdə tutulur.

Şəffaflıq mexanizmləri insan amilinə qarşı

Dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsinin mühüm həlqələrindən biri də korrupsiya ilə mübarizədir. Vergi orqanları sistemdə korrupsiya hallarının qarşısının alınması, aşkar olunan mexanizmlərin müəyyən edilərək onların yaranmasına yol açan halların dəqiqləşdirilməsi və ləğv edilməsi istiqamətində böyük işlər aparır. Burada məsələ təkcə korrupsiyaya yol vermiş şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi deyil, korrupsiya imkanı yarada biləcək həmin bu halların ləğv edilməsidir.

Bütövlükdə korrupsiya ilə aparılan mübarizənin indiki təcrübəsi göstərir ki, dövlət qurumlarında daxili nəzarət sistemi təkcə vergi əməkdaşlarının fərdi fəaliyyətini əhatə etməməli, həmçinin fəaliyyət prosesinin risk meyarları əsasında təhlilinə və risklərin önlənməsi tədbirlərinə söykənməlidir. İnsan amili ilə yanaşı, vətəndaşlarla, o cümlədən vergiödəyiciləri ilə ünsiyyəti ləğv edən, bütün münasibətləri elektron formata keçirən mexanizmlərin tətbiqinə üstünlük verilir.

Elektron hökumətin mühüm həlqələrindən biri olan vergi xidməti geniş miqyasda elektron xidmətlər tətbiq edən ilk dövlət qurumlarından biridir. Bu gün vergiödəyicisi vergi orqanına gəlmədən qeydiyyatdan keçə, elektron bəyannamə verə, vergiləri özü hesablaya, ödəmələri elektron apara və vergi orqanı ilə bütün yazışmaları elektron kargüzarlıq vasitəsilə həyata keçirə bilər. Vergiödəyicisinin vergi orqanı ilə münasibətlərini tam şəkildə məsafədən təşkil etmək üçün xidmətin 63 elektron xidməti mövcuddur. Sadə desək, sahibkar elektron xidmətlərə üstünlük verərsə, vergi əməkdaşlarının üzünü illərlə belə görməyə bilər.

Yox əgər, onu incidən hər hansı vergi işçisi ilə qarşılaşarsa, sahibkarlar üçün vergi əməkdaşlarının hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətləri üçün qaynar xətt olan Çağrı mərkəzi, internet sayt üzərindən müraciət, daxili təhlükəsizlik strukturuna birbaşa müraciət və sair kimi çoxşaxəli imkanlar yaradılıb.

Korrupsiyanın önlənməsi daha vacibdir

Qeyd olunmalıdır ki, məhz bu məlumatlandırma sistemlərinin mövcudluğu, habelə daxili təhlükəsizlik strukturlarının effektiv fəaliyyəti nəticəsində bu gün vergi sistemində korrupsiya və vəzifədən sui-istifadə hallarını dərhal aşkar etmək və önləmək imkanları yaranıb. Məsələn, bu yaxınlarda Baş Prokurorluq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sabiq əməkdaşı Mahir Əbdürəhimovun vergi və dövlət rüsumlarını qəsdən azaldaraq mənimsəməsi və digər qanunsuz hərəkətləri əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin açılması barədə məlumat yaydı.

Bu hadisənin təfərrüatlarında göstərilirdi ki, həmin şəxs tutduğu mövqedən və sahibkarların etibarından sui-istifadə edərək onların dövlət büdcəsinə borclarını daha sürətli və ödəyicilər üçün rahat şəkildə ödəyəcəyini vəd etməklə sahibkarlardan şəxsən və əlaltıları vasitəsilə külli miqdarda pul vəsaitini alıb və mənimsəyib. Törətdiyi əməlləri isə ört-basdır etmək üçün işlədiyi dövlət qurumunun rəsmi informasiya resursuna yalan məlumatlar daxil edib və bunun üstünün açılmayacağına əmin olub.

Məsələnin vacib tərəfi isə budur ki, onun bu əməlləri elə Dövlət Vergi Xidmətinin daxili təhlükəsizlik strukturu tərəfindən açılıb. Vergi xidmətində qurulan şaquli daxili nəzarət sistemləri və risklərin müəyyən edilməsi meyarları az sonra vergiödəyicilərinin hesabatları və ödənilən vergilər arasındakı disbalansları aşkar etməyə imkan verib.

Məsələyə qoşulan daxili tədqiqat qrupu artıq sabiq vergi əməkdaşının törətdiyi əməllərin sxemini və korrupsiya mexanizminə qoşulmuş şəxsləri müəyyən edib.

M.Əbdürəhmanov dərhal işindən kənarlaşdırılıb, onun barəsində araşdırmalar, qurduğu korrupsiya sxemi detallı şəkildə aktlaşdırılıb və materiallar hüquqi qiymət verilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Bu hadisə vergi xidmətinin daxili təhlükəsizlik strukturlarının son illərdə apardığı və aşkar edərək üzə çıxardığı yeganə fakt deyil. Son 3 ildə Dövlət Vergi Xidmətinin daxili təhlükəsizlik strukturları tərəfindən korrupsiya halları ilə bağlı 29 nəfər barədə 18 material hüquqi qiymət verilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Belə şəxslər arasında təkcə sıravi işçilər deyil, yüksək vəzifə tutan şəxslər də olub.

Beləliklə, şəffaflığın və hesabatlılığın təmin edilməsi, vergiödəyiciləri üçün qurulan müraciət imkanları və əks-əlaqə sistemləri, rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlar dövlət vergi orqanlarında korrupsiya ilə mübarizənin sistemli şəkildə aparılmasının göstəricisidir və bütövlükdə vergiödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır