Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Xidməti: Qurumlar risklər reyestrlərini formalaşdırmalıdır

Dövlət Xidməti: Qurumlar risklər reyestrlərini formalaşdırmalıdır

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycanda yaradılması nəzərdə tutulan informasiya təhlükəsizliyi üzrə risklər reyestri təkcə texniki idarəetmə sənədi deyil, hüquqi məsuliyyətin bölüşdürülməsi, idarəetmə şəffaflığının artırılması və təşkilatın informasiya aktivlərinin qorunması üzrə mövqeyinin əsaslandırılması baxımından fundamental əhəmiyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Nazirlər Kabineti tərəfindən ölkədə informasiya təhlükəsizliyi riskləri reyestrinin aparılması ilə bağlı Qayda təsdiq edilib.

“Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4060 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” həyata keçirilməsi ilə bağlı tədbirlər davam etdirilir.

İnformasiya təhlükəsizliyi üzrə yarana biləcək təhdidləri və riskləri qiymətləndirmək, riskə səbəb ola biləcək hadisələri əvvəlcədən müəyyən etmək, həyata keçirilməli qabaqlayıcı tədbirləri proqnozlaşdırmaq və bütün məlumatları reyestrdə toplamaq məqsədilə sözügedən qayda təsdiq edilib. Qaydaya əsasən, dövlət orqanları (qurumları) öz informasiya məkanlarının təhlükəsizliyinin təmin edilməsi və informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin qarşısının alınması üzrə fəaliyyətlərinin səmərəli təşkili üçün risklər reyestrlərini formalaşdırmalıdırlar. Qaydanın tələbləri dövlət orqanları (qurumları) üçün məcburidir və onlarda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən informasiya təhlükəsizliyi üzrə aparılan nəzarətin predmetini təşkil edir. Eyni zamanda, müvafiq qərarda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə “Təhdidlər və həllər” kataloqunun yaradılması, onun daima yenilənməsi, o cümlədən dövlət qurumlarında risklər reyestri formalaşdırıldıqdan sonra onların təsdiq olunmuş qaydanın tələblərinə uyğunluğunun qiymətləndirilməsinin aparılması tapşırılıb.

İnformasiya təhlükəsizliyi üzrə risklər reyestrinin aparılması informasiya aktivlərinin qorunması sahəsində sistemli, ölçülə bilən və hüquqi baxımdan əsaslandırılmış idarəetmənin təmin edilməsi üçün zəruridir. Risklər reyestri qurumların informasiya təhlükəsizliyi mühitində mövcud olan təhdidlərin, zəifliklərin və potensial təsirlərin strukturlaşdırılmış şəkildə müəyyənləşdirilməsinə, sənədləşdirilməsinə və davamlı olaraq yenilənməsinə imkan yaradır.

Risklər reyestri ilk növbədə risklərin subyektiv qiymətləndirilməsinin qarşısını alır və qərar qəbuletmə prosesini faktlara əsaslanan müstəviyə keçirir. Bu sənəd vasitəsilə hər bir riskin mənbəyi, başvermə ehtimalı, mümkün zərər dərəcəsi və riskin qəbul edilə bilən olub-olmaması aydın şəkildə müəyyən olunur. Nəticə etibarilə, resursların bölgüsü təsadüfi deyil, prioritetləşdirilmiş risk yanaşmasına əsaslanır.

Hüquqi baxımdan risklər reyestri təşkilatın “lazımi ehtiyat tədbirləri görmə” öhdəliyinin icrasının sübutu kimi çıxış edir. İnformasiya təhlükəsizliyi insidenti, məlumat sızması və ya sistem pozuntusu baş verdiyi halda, risklərin əvvəlcədən müəyyən edilməsi və adekvat tədbirlərin planlaşdırılması təşkilatın məsuliyyətinin qiymətləndirilməsində mühüm rol oynayır. Bu, həm daxili nəzarət, həm də audit və yoxlama mexanizmləri üçün əsas istinad sənədidir.

Bundan əlavə, risklər reyestri normativ-hüquqi aktlara, daxili qaydalara və beynəlxalq standartlara uyğunluğun təmin edilməsində praktiki alət funksiyasını yerinə yetirir. Reyestrin aparılması informasiya təhlükəsizliyinin epizodik tədbirlər toplusu deyil, davamlı və dövri idarə olunan proses olduğunu təsdiqləyir. Risklərin vaxtaşırı yenidən qiymətləndirilməsi texnoloji dəyişikliklərə, yeni təhdidlərə və təşkilati transformasiyalara çevik reaksiya verməyə şərait yaradır.

Nəticə etibarilə, informasiya təhlükəsizliyi üzrə risklər reyestri təkcə texniki idarəetmə sənədi deyil, hüquqi məsuliyyətin bölüşdürülməsi, idarəetmə şəffaflığının artırılması və təşkilatın informasiya aktivlərinin qorunması üzrə mövqeyinin əsaslandırılması baxımından fundamental əhəmiyyətə malikdir”, - deyə məlumatda qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir