Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda respublika konfransı keçirilib

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə ETN İnformasiya Texnologiyaları İnstitutunda “Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda respublika konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək son illər ölkəmizdə rəqəmsal transformasiya proseslərinin sürətlənməsi istiqamətində kibertəhlükəsizlik və kibersuverenlik məsələlərinin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib, bu baxımdan konfransın dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-nəzəri və praktiki problemləri, həlli yolları, mövcud yanaşmalar və aparılan tədqiqatların nəticələrinin müzakirəsinə həsr olunduğunu vurğulayıb. O qeyd edib ki, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul olunması, eləcə də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə vahid fəaliyyət planının müəyyənləşdirilməsi bu sahədə elmi əsaslı yanaşmaların və institusional əməkdaşlığın aktuallığını daha da artırıb. “Dayanıqlı və təhlükəsiz rəqəmsal arxitektura dövlətin kibersuverenliyinin qarantıdır” mövzusunda geniş məruzə ilə çıxış edən akademik, mövzunun Azərbaycanda yeni rəqəmsal arxitekturanın formalaşdırılması zəruriyyəti və qlobal texnoloji çağırışlar kontekstində onun elmi-texnoloji əsaslarının işlənməsi məsələsinə həsr olunduğunu bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov çıxışında kibersuverenlik məsələsinə milli təhlükəsizlik və dövlət maraqları prizmasından yanaşaraq bildirib ki, müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı dövlətlərin suverenliyinə yeni çağırışlar, tələblər formalaşdırır. Onun sözlərinə görə, kiberməkan artıq yalnız texnoloji sahə deyil, həm də siyasi, iqtisadi, sosial və mədəni proseslərə təsir göstərən mühüm strateji mühitə çevrilib. Bu səbəbdən dövlətlərin kibersuverenliyinin qorunması milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə rəqəmsal dövlət quruculuğu, süni intellekt texnologiyalarının tətbiqi və cəmiyyətin rəqəmsallaşdırılması istiqamətində mühüm addımların atıldığını söyləyən məruzəçi bu proseslər fonunda ölkəmizin kibertəhlükəsizliyi və kibersuverenliyinin möhkəmləndirilməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb, bu kimi elmi konfransların kibersuverenliyə dair aktual problemlərin müzakirəsi və yeni yanaşmaların formalaşdırılması baxımından mühüm rol oynayacağına əminliyini ifadə edib.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxışı zamanı Mərkəzin əsas fəaliyyət istiqamətləri, kritik informasiya infrastrukturu kimi müəyyənləşdirilmiş sahələr, bu sahədə formalaşdırılan normativ-hüquqi mexanizmlər barədə ətraflı məlumat verib, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2021-ci il tarixli Fərmanının əhəmiyyətinə toxunaraq qeyd edib ki, məhz bu sənəddən irəli gələrək ölkədə vahid və sistemli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasına başlanılıb. Kibertəhlükəsizliyin dövlət təhlükəsizliyinin əsas sütunlarından birinə çevrildiyini diqqətə çatdıran natiq konfransın mövzusunun müasir dövrdə olduqca aktual və strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev XXI əsrdə dövlətlərin suverenliyinin ən mühüm elementlərindən birinin məhz kibersuverenlik olduğunu deyib. Kibersuverenliyin təmin olunması istiqamətində yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasının zəruriliyindən danışan rektor, bu sahədə ali təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü, rəqəmsal transformasiya proseslərinə töhfə verə bilən yeni nəsil mütəxəssislərin hazırlanmasının ölkənin kibertəhlükəsizliyi və texnoloji inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Tədbirdə həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov, eləcə də Azərbaycanda İnternetin İnkişafı Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz çıxış ediblər. Çıxışlarda dövlət informasiya sistemlərinin mühafizəsinin gücləndirilməsinin kibersuverenliyin əsas istiqamətlərindən biri olduğu, kiberməkanda yaranan risk və təhdidlərə qarşı mübarizənin dövlət qurumları, elmi mühit və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq tələb etdiyi vurğulanıb. Qeyd olunub ki, rəqəmsal transformasiya və süni intellektin sürətli inkişafı fonunda kibersuverenliyin qorunması milli təhlükəsizliyin dayaqlarından biri kimi xüsusi aktuallıq kəsb edir və bu sahədə ölkədə ardıcıl tədbirlər həyata keçirilir.

Sonra akademik Rasim Əliquliyev tədbirdə çıxış edən alim və mütəxəssislərin, dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin kibertəhlükəsizliyin təmin olunması ilə bağlı aktual çağırışları əks etdirən fikir və mülahizələrini yüksək qiymətləndirib və çıxışının sonunda tədbirin təşkilində göstərdiyi dəstəyə görə Elm və Təhsil Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbərliyinə, eləcə də vətəndaş cəmiyyəti sektorunun nümayəndələrinə dərin minnətdarlığını bildirib.

Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib