İQTİSADİYYAT
DÖVRİYYƏDƏ OLAN PUL KÜTLƏSİ ARTMIŞDIR
Oktyabrın 1-nə olan məlumata görə, dövriyyədə olan pul kütləsinin ümumi həcmi 2325,4 milyard manat təşkil etmişdir. Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu, yanvarın 1-nə olan göstəricidən 14,8 faiz, sentyabrın 1-i ilə müqayisədə 2,1 faiz, ötən ilin müvafiq dövrünə nisbətən isə 31,7 faiz çoxdur.
Pul kütləsinin ümumi həcminin 1773,1 milyard manatı nağd, 552,3 milyard manatı isə nağdsız pul vəsaitlərinin payına düşür. Oktyabrın 1-nə olan məlumata görə, nağd pul kütləsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3 faiz, nağdsız pul kütləsi isə 75,3 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:37]
“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb
- 06.05.2024 [18:02]
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb
- 06.05.2024 [17:14]
Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir
- 06.05.2024 [16:58]
® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb
- 06.05.2024 [16:53]