DSMF və Qazaxıstan Dövlət Sosial Sığorta Fondu arasında əməkdaşlıq müzakirə olunub
Bakı, 27 oktyabr, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Dövlət Sosial Sığorta Fondunun (DSSF) nümayəndə heyəti ilə görüşüb.
DSMF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə nümayəndə heyətinin üzvlərinə son illər ərzində ölkəmizdə sosial sığorta və sosial təminat sahəsində həyata keçirilən islahatlar barədə məlumat verilib.
Bu sahədə tətbiq olunan innovativ yanaşmalar, əhaliyə göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi və sosial təminat sahəsində müəyyən edilmiş prioritet istiqamətlərdən danışılıb.
DSSF-nin İdarə Heyəti sədrinin müşaviri Toleubek Kaziyev Qazaxıstanın məcburi sosial sığorta sistemi, ölkədə sosial xidmətlərin rəqəmsallaşdırılması və sosial ödənişlərin avtomatlaşdırılması, bu sahədə süni zəkanın tətbiqindən bəhs edib.
İki qurum arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:05]
Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb
- 02.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 02.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 2 oktyabr
- 02.10.2026 [11:47]
Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]