İQTİSADİYYAT
Dünya Bankının icraçı direktoru: Azərbaycanla bağlı tərəfdaşlıq sazişini yekunlaşdırmaq üzrəyik VİDEO
![Dünya Bankının icraçı direktoru: Azərbaycanla bağlı tərəfdaşlıq sazişini yekunlaşdırmaq üzrəyik VİDEO](/files/2024/2/1200x630/17165262522023324774_1200x630.jpg)
Vaşinqton, 24 may, AZƏRTAC
“Azərbaycanla Dünya Bankı arasında tərəfdaşlıq hər iki tərəf üçün son dərəcə vacibdir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Dünya Bankının icraçı direktoru Dominique Favre deyib.
Onun sözlərinə görə, tərəflər arasında yaşıl iqtisadiyyat, bərpa olunan enerji sahələrində, o cümlədən innovativ rəqəmsal aspektdən əlaqələri inkişaf etdirməklə bağlı ideyalar mövcuddur. “Bu çox perspektivli tərəfdaşlıqdır. Biz tərəfdaşlığımızın daha da güclənməsini gözləyirik. Hazırda növbəti 5 il üçün Azərbaycanla bağlı tərəfdaşlıq sazişini yekunlaşdırmaq üzrəyik. Biz bunu Ölkə Tərəfdaşlıq Çərçivə Sənədi adlandırırıq. Bu, təşkilatla Azərbaycan arasında əlaqələrin inkişafı baxımından ambisiyalı sənəd olacaq”,- deyə Dünya Bankının icraçı direktoru qeyd edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton