Dünya Bankının nümayəndəsi UNEC-in tələbələrinə mühazirə oxuyub
Bakı, 17 noyabr, AZƏRTAC
Dünya Bankının maliyyə və özəl kapital üzrə məsləhətçisi Patrik MakGinnis Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüşüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirə Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin müdiri Nərmin İbrahimova moderatorluq edib. Tədbirdə Beynəlxalq əməkdaşlıq departamentinin direktoru vəzifəsini icra edən Turan Süleymanov və ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə müşaviri Salman Haci çıxış ediblər.
Sonra Patrik MakGinnis tələbələrə sahibkarlıq, startap fəaliyyətləri və komanda işinin təşkili mövzusunda mühazirə deyib və onların suallarını cavablandırıb.