Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dünya ədəbiyyatı” jurnalının yeni nömrəsində...

“Dünya ədəbiyyatı” jurnalının yeni nömrəsində...

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyi (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının yeni - “Türkiyə: hekayə” xüsusi buraxılışı hazırlanıb. “Dünya ədəbiyyatı”nın bu sayı AYB-nin 85, mərkəzin 30, dərginin isə 15 illiyi ərəfəsində işıq üzü görür.

AYB-dən AZƏRTAC-a bildirilib ki, jurnalın yeni nömrəsinin məhz qardaş Türkiyənin ədəbiyyatına həsr olunması isə bir başqa yubileylə - parlaq tarixi hadisə ilə əlaqədardır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün işğalçılara qarşı milli mücadiləni - Qurtuluş Savaşının başlatmaq üçün 1919-cu ilin 19 mayında İstanbuldan Samsuna səfərinin bu günlərdə 100 illiyi tamam olur. Bu mühüm ərəfədə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi dərginin növbəti nömrəsinin türk ədəbiyyatına, konkret olaraq, Türkiyə hekayəçiliyinə həsr olunması təşəbbüsünü irəli sürüb. Mərkəzin bu təşəbbüsünü Bakı Yunus Əmrə İnstitutu da bəyənib və fəal şəkildə dəstəkləyib. İki qurumun sıx əməkdaşlığı və dərgi kollektivinin fəaliyyəti nəticəsində 55 müəllifin hekayə yaradıcılığından seçmələri əks etdirən “Türkiyə: hekayə” sayı ərsəyə gəlib.

Müəlliflər sırasına çağdaş Türkiyə hekayəçiliyinin banilərindən olan Ömər Seyfəddin, Məmduh Şövkət Əsəndal, Rəfiq Xalid Qaray, Səid Faiq Əbasıyanıq və digər klassiklərlə yanaşı, Murad Yalçın, Müqəddər Gəmiçi, Mustafa Çiftçi, Sinə Ərgün kimi yeni nəslə mənsub istedadlı ədiblər daxildir. Dərginin bu sayında Azərbaycan oxucusuna Halikarnas Balıqçısı, Rıfat İlqaz, Yusif Atılqan, Vüsət Bənər, Ədalət Ağaoğlu, Bilgə Qarasu, Leyla Ərbil, Füruzan, Təhsin Yücəl, Onat Qutlar, Fərid Edgü, Tomris Uyar, Sevinc Çokum, Mustafa Qutlu, Səlim İləri, Həsən Özqılınc, Hüseyn Su, Nazan Bəkiroğlu, Həsən Əli Topdaş, Ərcan Kəsal, Ehsan Oktay Anar, Camal Şakar və başqa məşhur imzaların da hekayə yaradıcılığı ilə tanışlıq imkanı yaradılır. Hekayələrin mütləq əksəriyyəti, müəlliflərdən isə bir çoxunun əsəri Azərbaycan dilinə ilk dəfə məhz dərginin bu nömrəsi üçün çevrilib. Nəşrdə Azərbaycan ədəbiyyatşünaslarının Türkiyə hekayəçiliyini təhlil etdikləri 3 nəzəri materiala da yer verilib.

“Dünya ədəbiyyatı”nın “Türkiyə: hekayə” sayına təqdimat yazısında AYB-nin sədri, Xalq yazıçısı Anar əminliklə qeyd edir ki, bu nəşr ədəbiyyatlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə vəsilə olacaq. Anar dərginin bu nömrəsinin onu duyğulandırdığını da vurğulayır: “Dünya ədəbiyyatı”nın türk hekayələrindən ibarət olan sayının mündəricəsinə nəzər atdıqda şəxsən tanış olduğu müəlliflərin adlarını görüb nostalji hissləri keçirirəm. Axı onların bəziləriylə görüşmüşdüm, bəziləriylə yaxından tanış, hətta dost idim...”.

Mədəniyyət naziri Əbülfəs Qarayev nəşrdəki “Giriş sözü”ndə “Dünya ədəbiyyatı” dərgisinin Türkiyə hekayəçiliyinə həsr olunmuş xüsusi sayını əlamətdar mədəni hadisə, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinə dəyərli töhfə kimi qiymətləndirir. Nazirin fikrincə, dərginin bu xüsusi sayı həm oxuculara zəngin Türkiyə nəsrinin geniş bir mənzərəsi ilə tanış olmaq imkanı verəcək, həm də Azərbaycanda Türkiyə ədəbiyyatı araşdırıcılarının tədqiqatları üçün ciddi mənbə rolunu oynayacaq.

Bakı Yunus Əmrə İnstitutunun müdiri Cahan Özdəmir də öz “Giriş yazısı”nda nəşrin əhəmiyyətini yüksək qiymətləndirir: “Dərginin bu xüsusi sayı vasitəsilə, peşəkar yazarlar və Türkiyə ədəbiyyatını sevənlərdən əlavə, türk hekayəçiliyinə kifayət qədər bələd olmayan sadə Azərbaycan oxucusuna da hekayəçiliyimizin zəngin bir mərhələsi təqdim olunur... “Söz uçar, yazı qalar” atalar sözümüzə uyğun olaraq, XX əsr Türkiyə hekayəsinə həsr edilmiş bu xüsusi say ilə ədəbiyyatımız uzun müddət oxucuların diqqət mərkəzində qalmaqda davam edəcək”.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri şair Səlim Babullaoğlu dərginin yeni nömrəsini ilk növbədə mərkəzlə Bakı Yunus Əmrə İnstitutunun səmərəli əməkdaşlığının dəyərli məhsulu adlandıraraq tərəfdaş quruma bunun üçün minnətdarlıq ünvanlayıb: “Çox sevinirik ki, mərkəzin növbəti uğurlu işi, dərginin yeni nömrəsi məhz qardaş Türkiyə ilə, onun zəngin ədəbiyyatı ilə bağlıdır. Bu işdə bizimlə ürəkdən və fəal tərəfdaşlıq edən Bakı Yunus Əmrə İnstitutunun dəstəyi “Dünya ədəbiyyatı” dərgisinin “Türkiyə: hekayə” xüsusi nömrəsinin daha əhatəli və sanballı alınmasına əlavə imkanlar yaratdı”.

Hekayələri Azərbaycan dilinə Eyvaz Zeynalov, Əjdər Ol, Azad Yaşar, Şərif Ağayar, Seyfəddin Hüseynli, Gülzar Səfərova, Oktay Hacımusalı, Cəlil Cavanşir, Qan Turalı, Şəfiqə Şəfa, Qismət, İlahə Əkbər, Aygün Ələkbərova, Şəhriyar del Gerani, Cavid Qədir və Ramil Əhməd çeviriblər.

Təqdim olunan nəzəri materiallar isə filologiya üzrə fəlsəfə doktoru, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Sədaqət Qasımlının “Türkiyə ədəbiyyatında yeni hekayəçilik”, ədəbiyyatşünas Qismətin “Dünəndən bu günə Türkiyə hekayəsi” və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Sima Şəfizadənin “Çağdaş Türkiyə hekayəçiliyinə bir baxış” yazılarıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO