DÜNYA NEFT KONQRESİNDƏ AZƏRBAYCANIN NÜMAYƏNDƏ HEYƏTİ DƏ İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 28-dən iyulun 3-dək İspaniyanın paytaxtı Madrid şəhərində XIX Dünya Neft Konqresi keçirilmişdir. Konqres çərçivəsində neft-qaz sənayesindəki yenilikləri əks etdirən sərgi təşkil edilmişdir.
Üç ildən bir keçirilən və dünya neft-qaz sənayesinin inkişafında mühüm hadisə hesab olunan konqresdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələri də iştirak etmişlər. Şirkət dünyanın ən tanınmış neft-qaz qurumlarının öz uğurlarını əks etdirdikləri sərgidə xüsusi stendlə təmsil olunmuşdur.
Budəfəki konqres əlamətdar hadisə - Azərbaycanın da 2005-ci ildən üzv olduğu Dünya Neft Şurasının 75 illik yubileyi ilə eyni vaxta təsadüf etmişdir. Əsas mövzusu “Sabit iqtisadi inkişaf üçün enerji ehtiyatlarının əldə edilməsi” olmuş XIX Dünya Neft Konqresində neft-qaz sahəsində stabilliyin inkişafı, enerjinin istehlakçıya çatdırılması məsələləri, neft-qazçıxarma problemlərinin geniş spektri, o cümlədən köhnə yataqlarda neft-qaz hasilatının artırılması, mürəkkəb geoloji şəraitdə kəşfiyyat, hasilatda, eləcə də qazmada qabaqcıl texnologiyaların tətbiqi, qlobal neft-qaz ehtiyatlarının qiymətləndirilməsi, yeniləşdirilmiş enerji mənbələri və neft emalı sahəsindəki son nailiyyətlər, neft-qaz sənayesinin ətraf mühitə təsiri, Kioto protokolunun perspektivləri, bioyanacaq, eləcə də neft-qaz sənayesinin geosiyasi aspektləri kimi məsələlər müzakirə olunmuşdur.
Azərbaycan təmsilçiləri İspaniyanın hökumət üzvləri, eləcə də ARDNŞ-in sərgidəki stendində xarici ölkələrin milli neft komitələrinin nümayəndələri ilə görüşlər keçirmişlər. Şirkətin beynəlxalq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]