Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Dünyada autizm halları niyə artır?

Dünyada autizm halları niyə artır?

Bakı, 30 dekabr, AZƏRTAC

ABŞ-da autizm spektri pozğunluğu (ASP) diaqnozunun artması son dövrlərdə ictimaiyyətin və mütəxəssislərin diqqət mərkəzindədir. Məlumata görə, 2011-ci ildən 2022-ci ilə qədər ASP diaqnozu təxminən üç dəfə artıb. Hazırda ölkədə hər 36 uşaqdan biri autizm spektri pozğunluğu ilə mübarizə aparır. Müqayisə üçün, bu nisbət 2000-ci ildə 150-də bir idi.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, diaqnostik prosesdə qan testləri və ya beyin MRT-si kimi birbaşa diaqnostik vasitələr mövcud olmasa da, ASP çox vaxt valideynlərin müşahidələri və psixi sağlamlıq mütəxəssislərinin qiymətləndirmələri əsasında aşkarlanır. Bu artımın səbəbləri alimlər arasında müzakirə mövzusu olaraq qalır.

Tədqiqatlar göstərir ki, ASP hallarının artması iki əsas faktora bağlıdır:

1. Diaqnostika və məlumatlılığın artması: ASP haqqında ictimai və tibbi məlumatlılıq genişləndikcə, əvvəllər nəzərdən qaçan simptomlar daha tez-tez aşkar edilir. Amerika Pediatriya Akademiyasının 2007-ci ildə 18-24 aylıq uşaqların ASP üçün müayinəsini tövsiyə etməsi diaqnozların sayına birbaşa təsir göstərib.

2. Genetik və ətraf mühit faktorları: Autizmlə əlaqəli 100-dən çox gen aşkar edilib. Bununla yanaşı, hamiləlik dövründə havanın çirklənməsi, zəhərli kimyəvi maddələrə məruz qalma, virus infeksiyaları, erkən doğuş və valideynlərin yaşı kimi ətraf mühit amillərinin də ASP riskini artırdığı ehtimal edilir.

Kembric Universitetinin Autizm Araşdırmaları Mərkəzinin direktoru Simon Baron-Kohen sosial medianın və psixi sağlamlıq xidmətlərinə çıxışın genişlənməsinin də bu rəqəmlərə təsir etdiyini vurğulayır. O qeyd edir ki, insanlar autizm spektrində olduqlarından şübhələndikdə “Reddit” kimi platformalarda müzakirələrə qoşulur və bu identifikasiyanı mənimsəyirlər.

1990-cı illərin sonlarında Andrev Vakefieldin qızılca, məxmərək və parotit (MMR) peyvəndlərinin ASP-ə səbəb olduğu ilə bağlı iddiası geniş yayılmışdı. Bu nəzəriyyə elmi tədqiqatlarla tamamilə təkzib edilsə də və “Lancet” jurnalı həmin məqaləni təkzib etsə də, bu yanlış məlumat uzun müddət müzakirələrə səbəb olub.

Araşdırmalar göstərir ki, ASP diaqnozu oğlanlarda qızlara nisbətən dörd dəfə daha çox rast gəlinir. Bununla belə, son illərdə qadınlar və qızlar arasında, eləcə də ispan, qaradərili və asiyalı uşaqlar arasında ASP diaqnozlarının artması müşahidə edilir. ASP üzrə mütəxəssis doktor Yurqen Han vurğulayır ki, müxtəlif tədqiqatlar çoxsaylı faktorlara işıq salsa da, dəqiq və yekdil bir cavab vermək hələ də çətindir. Bu sahədə tədqiqatların davam etdirilməsi və daha əhatəli nəticələrin əldə edilməsi vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən il ombudsmanın Çağrı Mərkəzinə daxil olan zənglərin sayı açıqlanıb

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək

Keyfiyyətli və təhlükəsiz bal hansıdır?

Gənclər Kitabxanasında 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin illik fəaliyyəti müzakirə edilib

Yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin təqdimatı keçirilib

AMEA-nın Kimya Elmləri Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib

Ötən il 34 mal kateqoriyası üzrə 818 məhsul növü araşdırılıb

"Mücahid ömrü, Məhəmmədsadıq Aran" kitabının təqdimatı olub

Azərbaycan Atletika Federasiyasının nümayəndəsi bürünc səviyyəli hakim sertifikatı ilə təltif edilib

“Türkiye” qəzeti: Ermənistan tez və ya gec Prezident İlham Əliyevin bütün tələblərini yerinə yetirəcək

AMEA-nın Ümumi yığıncağının keçirilmə vaxtı müəyyənləşib

Görkəmli bəstəkar Firəngiz Əlizadənin əsəri Berlində səslənəcək

Binəqədidə şadlıq sarayında nöqsanlar aşkarlanıb

İşdən qeyri-qanuni azad edilmiş 60-dan çox şəxs əvvəlki işlərinə bərpa olunub

“Konstitusiya və Suverenlik İli”ndə AMEA-nın qarşısında duran vəzifələr müzakirə olunub

Qazaxıstan yüksək texnologiyalı PUA istehsal edəcək

“YAŞAT” Fondu şəhid Cavidan Ağayevin anasının əməliyyat xərclərini ödəyib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Kürdəmirdə vətəndaş qəbulu keçiriləcək

Azərbaycanı II Beynəlxalq Parabadminton turnirində təmsil edəcək idmançının adı məlum olub

Cənub bölgəsi üzrə 9 şagird fənn olimpiadalarında maksimum nəticə göstərib

“Access Bars”: Uğurlu həyatın açarı – enerji və emosional balansın yolu

Səudiyyə Ərəbistanında çoxdilli Həcc, Ümrə terminologiyası lüğəti istifadəyə verilib

Ötən gün 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

MSK bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlərə başlayıb VİDEO

Dendrologiya İnstitutunda qazaxıstanlı alimlərlə müzakirələr aparılıb

Naxçıvanda nağdsız əməliyyatlar üzrə dövriyyə 1 milyard manatı ötüb

Çində əhalinin sayında azalma ardıcıl üçüncü ildir davam edir

Bu gün Yüksək Liqada növbəti oyunlar keçiriləcək

Dünya birjalarında neft bahalaşıb

Dövlət dəstəyi ilə lentə alınmış filmlərin təqdimatına başlanır

MDU-da “Açıq qapı” günü: tələbələrin müraciətləri dinlənilib

BEA: 2025-ci ildə qlobal neft tələbi sutkada 1,05 milyon barel artacaq

Ötən il TƏBİB-in Çağrı Mərkəzinə 100 mindən çox zəng daxil olub

Misli Premyer Liqası: “Qarabağ” “Şamaxı”nı qəbul edəcək

Qarabağ Universiteti ilə Arxeologiya və Antropologiya İnstitutu arasında memorandum imzalanıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana səfərə gəlib

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Ötən gün 71 cinayətin üstünün açılması təmin olunub

Bu gün görkəmli Azərbaycan şairi Mədinə Gülgünün doğum günüdür

Gəncədə antisanitar şəraitdə emal olunan quş əti məhsullarının satışının qarşısı alınıb

Əriyən buzlar 6 min illik meşə qalıqlarını ortaya çıxarıb - TƏDQİQAT

İtaliyada keçən il inflyasiya göstəricisi artıb

Qazaxda üçotaqlı evdə yanğın olub

İşğaldan azad olunan ərazilərin yaşıl enerji ilə təmin olunması Çindən olan qonaqların diqqətini çəkib VİDEO

Xankəndidə 20 Yanvar faciəsi qurbanları anılıb

Düsen Kaseinov ICTMD-nin ilk səfiri seçilib

Azərbaycan Misirdə 2-ci Beynəlxalq Parabadminton turnirində iştirak edəcək

Hakim “Gürcü Arzusu” partiyası Böyük Britaniya İcmalar Palatasında gedən müzakirələrlə əlaqədar bəyanat qəbul edib

Böyük Britaniyada qanunsuz narkotik maddələrin ələ keçirilməsi rekord həddə çatıb

ABŞ-da qida boyasının istifadəsinə qadağa tətbiq edilib

Türkiyə XİN: ABŞ-ın Cənubi Kiprlə bağlı qərarını qınayırıq

İtaliya saytı Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsindən yazıb

Roma Papası yıxılaraq qolundan zədələnib

Niderland Avropada internet tarifləri baha olan ölkələrdəndir

Almaniya Prezidenti: Nifrət və zorakılıq son söz olmamalıdır

Şamil Ayrım: 2025-ci il Türkiyə və Azərbaycan üçün yeni uğurlar dövrü olacaq

Los-Ancelesdəki meşə yanğınlarında 31 nəfər itkin hesab olunur

Myanmada palçıq axını nəticəsində ölənlərin sayı 32-yə çatıb

Şika şəhərinin nümayəndələri Milli Olimpiya Komitəsini ziyarət ediblər

İrakli Kobaxidze: Dövlətin ən mühüm institutlarını bilərəkdən zəiflətmək cəhdinə müvafiq cavab veriləcək

Şitan Tsao: Biz Qarabağda ekologiya sahəsində yaşıl enerji konsepsiyasını həyata keçirməyə hazırıq

Azərbaycanla Efiopiya arasında siyasi və iqtisadi məsələlər müzakirə edilib

FHN: Sumqayıtda yanğınla nəticələnən yol qəzası olub, ölənlər var

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb VİDEO

Şamil Ayrıma “Heydər Əliyevin 100 illiyi” medalı təqdim olunub

4SİM-də “Honeyvell” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Şitan Cao: Azərbaycanda yaşıl enerjinin inkişafına Çin təcrübəsini və gücünü qatacağımıza ümid edirik VİDEO

Ukrayna və Britaniya 100 illik tərəfdaşlıq haqqında Saziş imzalayıb

Gimnastika Federasiyasının təşkilatçılığı ilə “Şelkunçik” adlı əyləncəli Yeni il şousu keçirilib

Bakı metropoliteninin inkişafı ilə bağlı layihələrin maliyyələşdirilməsində Asiya İnfrastruktur İnvestisiya Bankının iştirakı müzakirə olunub

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar ölçüləri barədə müzakirələr aparılıb

Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı işə başlayıb

İKZF zəmanəti ilə sahibkarlara verilən kreditin həcmi açıqlanıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib

"Şamaxı" klubu ukraynalı futbolçunu transfer edib

Gia Volski: Müxalifət Avropaya inteqrasiya yolunda Gürcüstana maneələr yaratmağa çalışır

Gürcüstan Davos İqtisadi Forumunda və Münxen Təhlükəsizlik Konfransında iştirak etməyəcək

Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş olacaq

Kənd Təsərrüfatı Nazirliyi Vəkillər Kollegiyası ilə əməkdaşlıq edəcək

Azərbaycan və ABŞ arasında tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Nazir: USAID Azərbaycana qarşı qərəzli və zərərli siyasi xətt tutmuşdu

Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində nəqliyyat və İKT sahəsində görüləcək işlər müzakirə edilib

Azərbaycan və Maldiv arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar müzakirə olunub

Nazirlik: 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək

Fransada yeni siyahıyaalmada vətəndaşlardan valideynlərinin doğum yeri haqqında soruşulacaq

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 11-ci görüşünün nəticələrinə dair mətbuat açıqlaması

Faktiki hava: Bəzi rayonlara qar yağır

Gürcüstanın XİN başçısı: Güclü dövlət institutlarımızın sayəsində təhdidlər aradan qaldırılıb

“Qurani-Kərim” dərsliyi nəşr olunub

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə müsabiqənin nəticəsi açıqlanıb

Parlamentin Mədəniyyət komitəsinin iclasında üç məsələ müzakirə edilib

Çinin “Dongfang Electronics Corporation” şirkətinin nümayəndələri Füzuli və Hadruta səfər edib VİDEO

Rusiya XİN: AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Moskva və Bakı arasında bütün səviyyələrdə təmas qurulub

Ötən il 232 yeni dövlət standartı qəbul edilib

Teatr Muzeyində “Şəhid adı hər bir addan ucadır!” adlı tədbir keçirilib

Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan maraqlarına uyğun şəkildə siyasət həyata keçirir

Gürcüstanın XİN rəhbəri: Azərbaycan bizim ən böyük beş iqtisadi tərəfdaşımız sırasındadır VİDEO

Maka Boçorişvili: Xarici işlər naziri kimi ilk səfərimi Azərbaycana etməyim mənim üçün şərəfdir