Dünyada COVID-19 qurbanlarının sayı beş milyonu ötüb
Bakı, 1 noyabr, AZƏRTAC
Dünya üzrə koronavirusdan ölənlərin sayı 5 milyonu ötüb.
AZƏRTAC bunu federal və yerli hakimiyyət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Con Hopkins Universitetinin məlumatlarına istinadla xəbər verir.
Hazırda dünyada COVID-19 səbəbi ilə ölüm hallarının sayı 5 milyon 4 min 407-yə çatıb.
Dünyada koronavirusa aşkar olunan yoluxma hallarının sayı 247 milyon 306 mini keçib.
Koronavirus xəstələri arasında ən çox - 746 mindən artıq ölüm halı ABŞ-da qeydə alınıb.
Azərbaycanda indiyədək koronavirus infeksiyasına 531 min 370 yoluxma faktı qeydə alınıb, 494 min 179 nəfər müalicə olunaraq sağalıb, 7 min 74 nəfər vəfat edib, aktiv xəstələrin sayı 30 min 117 nəfər təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]