Dünyada koronavirusa yoluxanların sayı 255 milyon nəfəri ötüb
Bakı, 17 noyabr, AZƏRTAC
Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 255 milyon nəfəri ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, hazırda bütün dünyada koronavirusa 255 milyon 146 min nəfər yoluxub. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 130 min nəfərə, sağalanların sayı isə 230 milyon 669 min nəfərə çatıb.
ABŞ COVID-19 infeksiyasına həm yoluxma, həm də koronavirusdan ölüm hallarının sayına görə liderlik edir. Burada koronavirusa yoluxanların sayı 48 milyon 161 min nəfəri keçib, 786 min 268 nəfər həyatını itirib, 38 milyon 139 mindən çox insan sağalıb.
Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 34 milyon 466 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 464 min 153 nəfər vəfat edib, sağalanların sayı 33 milyon 873 nəfərə çatıb.
Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya qərarlaşıb: 21 milyon 965 min nəfər. Həmçinin 611 min 524 ölüm faktı qeydə alınıb, 21 milyon 177 min nəfər isə sağalıb.
Xatırladaq ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]