“Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanasının kataloqu”nun II cildi çapdan çıxıb
Bakı, 6 fevral, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanasının kataloqu” kitabının II cildi işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabı Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri professor Kamandar Şərifov tərtib edib. Kitaba Əlyazmalar İnstitutunun fondunda qorunan Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadənin kitabxanasına aid əlyazmaların geniş elmi təsviri toplanıb. Kataloqa biblioqrafik ixtisarlar, müəllif adlarının, əsər və kitab adlarının həm latın qrafikalı Azərbaycan, həm də ərəb əlifbası ilə yazılmış göstəriciləri, o cümlədən təsvir edilmiş əlyazmaların şifrə göstəricisi əlavə olunub.
Yeni nəşrin elmi redaktoru Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, kompüter icraçısı isə Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin tərcüməçisi Nuranə Çələbiyevadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [13:00]
Lisey və gimnaziyalara qəbul üçün qeydiyyat müddəti uzadılıb
- 19.06.2026 [11:27]
Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr
- 19.06.2026 [10:36]