ƏDALƏT MÜHAKİMƏSİNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI ÜZRƏ TƏDBİRLƏR GÖRÜLÜR
AZƏRTAC xəbər verir ki, Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir.
İclasda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlar səviyyəsində, tam şəffaf şəraitdə seçilməsi prosesi ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilmişdir.
Bildirilmişdir ki, hakimliyə namizədlərin seçilməsi zamanı 102 şəxs bütün imtahanları və yarımillik tədris kursunu müvəffəqiyyətlə başa vurmuş və hakim işləmək üçün zəruri hazırlığa yiyələnmişdir.
Məhkəmə-Hüquq Şurası tərəfindən hakimliyə namizədlərin seçilməsi qaydalarına müvafiq olaraq namizədlərlə söhbət mərhələsinə başlanılmışdır.
Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda, həmçinin hakimlər barədə intizam icraatlarına baxılaraq, kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sevil Məmmədovaya töhmət verilmiş, Şəmkir Rayon Məhkəməsinin hakimi Əmrah Nəcəfovun isə başqa işə keçirilməsi barədə qərar qəbul olunmuşdur.
İclasda qanunvericiliyin tələblərini pozduğuna görə 1 hakim barədə intizam icraatı başlanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]