Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədəbi-mədəni varlığımızın Mirzə İbrahimov zirvəsi

Ədəbi-mədəni varlığımızın Mirzə İbrahimov zirvəsi

Bu gün Xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 110-cu ildönümü tamam olur

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycan ədəbiyyatı tarixinə nasir, dramaturq, mütərcim, elm və təhsil təşkilatçısı, ictimai xadim kimi daxil olmuş Mirzə İbrahimovun çoxvektorlu yaradıcılığı XX əsr ədəbi-bədii söz sənətimizin ən şərəfli səhifələrindədir. Yaradıcılığa kiçikçaplı hekayələri ilə fəhlə ədəbiyyat dərnəyində başlamış M.İbrahimov getdikcə qələmini ovxarlamış, oxucuların marağını məşğul edən epoxal nəsr əsərləri, “Giqantlar ölkəsində” adlı oçerklər məcmuəsi və digər tərcümə əsərləri ilə daha da məşhurlaşmışdır.

Bu gün Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun anadan olmasının 110-cu ildönümü tamam olur. AZƏRTAC bu münasibətlər filologiya elmləri doktoru, professor Nizami Məmmədov Tağısoyun “Ədəbi-mədəni varlığımızın Mirzə İbrahimov zirvəsi” yazısını oxucularla bölüşür.

İkinci Dünya müharibəsi illərində qələmə aldığı “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Qorxulu səs”, “Mələk”, “Qaçaq”, “Cənub hekayələri” silsiləsi, “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İki həyat” hekayələri, daha sonra yazdığı monumental səpkili romanları, konflikt və kolliziyalarla zəngin dram əsərləri böyük ədibin romannəfislik və dramnəfislik istedadından xəbər verirdi.

M.İbrahimov dövrünün gözü açıq, dərin zəkalı sənətkarlarından idi. 1933-cü ildə Azərbaycan Dövlət Neft İnstitutunda təhsilini başa vurduqdan sonra, Sankt-Peterburqda (o vaxtkı Leninqrad) aspiranturada təhsilini davam etdirmiş, 1941-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Məhz həmin dövrdən başlayaraq o, müxtəlif rəhbər vəzifələrdə işləməyə irəli çəkilmişdir.

M.İbrahimov bədii nəsr yaradıcılığında ardıcıl qələm işlədən planetar təfəkkürlü yazıçılardan idi. Ədibin ilk iriçaplı əsəri 1935-ci ildə qələmə aldığı o dövrlərdə kolxoz quruluşunun möhkəmlənməsini özündə əks etdirən “Həyat” pyesi idi. 1938-ci ildə isə M.İbrahimov Vətəndaş müharibəsi dövründəki problemləri təsvir edən ispan xalqının qəhrəmanlıq mübarizəsinə həsr etdiyi “Madrid” pyesini yazmışdır. 1942-ci ildə qələmə aldığı “Məhəbbət” pyesində isə İkinci Dünya müharibəsi dövründə arxa cəbhədə çalışan zəhmətkeş insanların özünəməxsus obrazlarını yaratmışdır. Bundan sonra bu janrda bir qədər fasilə verən sənətkar, 1960-cı illərdə “Kəndçi qızı” (1962), “Yaxşı adam” (1965) kimi komediyalar, “Közərən ocaqlar” mövzusunda dram əsərini yazmışdır. M.İbrahimov dram əsərlərində daim ciddi həyat konfliktləri və kolliziyaları, parlaq realist xarakterlər, canlı səhnə dili və dialoqlardan istifadə edirdi. Bəri başdan qeyd etməyi lazım bilirik ki, Azərbaycan milli dramaturgiyasının ənənələrini davam etdirən sənətkar digər ədiblərimiz kimi Mirzə İbrahimov Teatrını yaratmaqla ədəbiyyatımızın inkişafına orijinal töhfələrini vermişdir.

Cənubi Azərbaycanda doğulmuş M.İbrahimov daim Vətənimizin o tayında gedən prosesləri ciddi şəkildə izləmiş, İran mütləqiyyətinə qarşı mübarizə aparan sadə xalqın həyatına dair bir sıra əsərlər yaratmışdır. Nəticədə 1948-ci ildə onun “İnqilab və mədəniyyət” jurnalında xalqın igidliyini və keşməkeşli həyat tərzini təsvir edən İran irticasına, onların amerikan-ingilis havadarlarına, Şərq xalqlarının gününü qara edən mürtəceni ifşa edən monumental və çoxplanlı “Gələcək gün” romanını qələmə almışdır. “Gələcək gün” romanının xeyli səhifələrini oxuyarkən nədən gözümüz qarşısında Arazın o tayındakı - cənublu qardaşlarımızın bütün həyat tərzi ilə tanış olduqca oradakı təsvirləri tacik-özbək ədəbiyyatının klassiki Sədrəddin Ayninin “Buxara”, “Qullar”, “Xatirələr” və türkmən yazıçısı Bərdi Kərbabayevin “Qəti addım” romanlarında yer almış bədii səhnələrlə müqayisə etməyə meyil edirik.

M.İbrahimovun digər epoxal romanları hesab etdiyimiz “Böyük dayaq” (1957), “Pərvanə” (1969 - 1970) və s. kimi əsərlərə müstəqillik dövrü ədəbi tənqidi nə qədər tendensioz nöqteyi-nəzərdən yanaşsa da, bu əsərlər də xalqımızın sovet quruluşu dövründə yaşadığı həyatının özünəməxsus mənzərələrini və ədəbi salnaməsini yaratmaq baxımından doğru-düzgün estetik yanaşmalardan çıxış edilərək dəyərləndirilməlidir. Çünki yazıçı yaşadığı tarixi epoxanın meyar və düşüncələrini həm də cəmiyyətdə gedən sosial-siyasi proseslərə uyğun əks etdirməlidir. Mirzə İbrahimov da istedadlı nasir və dramaturq kimi o dövrün problemlərinin qabardılmasını və həyatda gedən siyasi, iqtisadi, mədəni, mənəvi prosesləri və aşınmaları təsvir mərkəzinə çəkməli idi. Bununla belə, Mirzə İbrahimov ləyaqətli vətəndaş və istedadlı yazıçı-dramaturq kimi konyukturçuluqdan, ştampçılıqdan kənar idi. Onun üçün dövrün mövcud problemlərinin adekvat bədii təfəkkür süzgəcindən keçirilməsi daha prioritetli idi.

Mirzə İbrahimov ədəbiyyat tariximizdə heç də yazıçı-dramaturq kimi qapanıb-qalmamış, o dövrün əksər problemlərinə aydın zəkalı publisist gözü ilə də baxa bilmişdir. Bundan başqa, onun orijinal fikir sahiblərimiz Cəlil Məmmədquluzadənin yaradıcılığının təhlilinə həsr etdiyi məqaləsi, yaxud Nəsiminin əsərlərinin nəşrinə bir ədəbiyyatşünas kimi baxışı böyük sənətkarın yaradıcılıq imkanlarının və təfəkkürünün dərinliyini sübut etdirməkdədir.

Universal yaradıcılıq diapazonlu Mirzə İbrahimovun ədəbi-bədii yaradıcılığının digər mühüm səhifəsini həm də onu mütərcimlik fəaliyyəti təşkil edirdi. Məhz onun mütərcimlik qələmi sayəsində Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz” J.B.Molyerin “Don Juan”, A.N.Ostrovsikinin “Müdrik olan hər kəsə kifayətdir sadəlik” və “Quduz pullar”, A.P.Çexovun “Üç bacı”, A.Satramovun “Kişilərə inanmayın”, N.Q.Çernışevskinin “Nə etməli” və s. kimi əsərləri Azərbaycan dilində səsləndirilmiş, oxucular onlarla tanış olmuş və səhnəmizə ayaq açmışdır.

Ümumiyyətlə, M.İbrahimovun Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfə yetərincə rəngarəngdir. Epoxal hadisələri özündə əks etdirən monumental romanları, maraqlı mövzulara həsr edilmiş dram əsərləri, klassiklərimiz Xaqani, Nizami, Nəsimi, Füzuli, M.F.Axundzadə, C.Məmmədquluzadə və digərlərinin yaradıcılığı ilə bağlı ortaya qoyduğu nəzər nöqtəsi və mülahizələri, siyasi arenada xalqın milli varlığını qoruyan, onun ən mühüm atributu hesab edilən Azərbaycan dilinin statusu ilə bağlı həyata keçirdiyi fəaliyyəti alimin sözün əsil mənasında milli mücahid taleyini yaşadığını sübut etməkdədir.

1956-cı ildə Azərbaycan SSR Ali Soveti 1937-ci il Azərbaycan Konstitusiyası Qanununa əlavələr etməklə Azərbaycan dilini dövlət dili elan edir. Bu məsələnin təşəbbüskarları həmin dövrdə Azərbaycan KP MK-nın Birinci katibi İmam Mustafayev və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, yazıçı, akademik Mirzə İbrahimov idi. Azərbaycan dilinin dövlət dili statusu qazanması həmin dövrdə yetərincə böyük əks-səda doğurmuşdur. Hətta müəssisə və təşkilatlarda dövlət dilini bilməyənlərin vəzifədən kənarlaşdırılması da təklif olunurdu. SSRİ rəhbərliyinin neqativ reaksiyasına səbəb olan bu qəti addıma görə M.İbrahimov vəzifəsindən kənarlaşdırılsa da, ona qarşı olan belə münasibət bu böyük milli mücahidi öz əqidəsindən, məsləkindən çəkindirməmişdi.

M.İbrahimov bütün canı, qanı, qəlbi, nəfəsi, hissi və duyğusu ilə Azərbaycan xalqına bağlı böyük vətəndaş idi. O, bir yazıçı, siyasi xadim, Azərbaycan Yazıçılar Birliyinin sədri kimi (qeyd edək ki, Mirzə İbrahimov bu vəzifəyə 6 dəfə ardıcıl seçilmiş yeganə şəxsiyyət idi) son dərəcə titanik işlər həyata keçirirdi. M.İbrahimov bütün dövrlərdə xalq, vətən, torpaq, mədəniyyət, ədəbiyyat uğrunda mübarizə aparan fədakar insanlardan idi.

Böyük milli təəssübkeş Qarabağ hadisələri başlayan və davam edən ilk dövrlərdə də Azərbaycan xalqının milli heysiyyatına toxunanlara öz yerini göstərir, murdar erməni yazıçısı Zori Balayanın Azərbaycan xalqına qarşı həqarət dolu yağdırdığı yalanlara, iftiralara, onun “Ocaq” kitabındakı təhriflərə və təhqirlərə qarşı ayrıca yazı hazırlayıb, Moskvaya “Literaturaya qazeta”ya göndərib çap olunması ilə bağlı müraciət etdikdə utancverici “Bu məsələni hər iki respublikanın rəhbərliyi öz aralarında həll etməlidir” cavabını almış və qəzet böyük yazıçının həmin hadisələrlə bağlı əsaslı və obyektiv rəyini çap etməkdən imtina etmişdir.

M.İbrahimov heç zaman xalq və vətən yolunda mübarizəsini səngitməmişdi və hələ 80-ci illərdə Sovet İKP MK-nın katibi Yeqor Liqaçyova Kirovabad şəhərinə öz əvvəlki Gəncə adının qaytarılması ilə bağlı təkliflərini vermişdir.

Mirzə İbrahimovun yaşadığı ömür sanki Azərbaycan xalqının XX əsrin 10-cu illərindən 90-cu illərin əvvəllərinə qədər yaşadığı keşməkeşli və ağır mərhələnin salnaməsi ilə üst-üstə düşür. Vaxtı ilə XX əsrin 50-ci illərində onun Azərbaycanın siyasi rəhbəri M.Bağırovdan çəkdikləri də az olmamışdır. Bununla belə, böyük xalq təəssübkeşi heç kim qarşısında boyun əyməmiş, şərəf dolu ömür səhifələrini özünün lap son günlərinə qədər öz tərzində vüqarla davam etdirmişdir.

M.İbrahimovun “Güləbətin”, “Xosrov Ruzbeh” və “Pərvanə” və s. kimi əsərlərində tarixə, həyata baxış adi gördüklərinin çılpaq, bəsit rənginin şəklini çəkmək, onun kalkası, nüsxəsi deyildi. Burada keçmişdən lövhələr hakim rəsmi ümumi fon rolunu oynasa da, yazıçı artıq eyni zamanda milli tale, mənşə və soy-kök problemini, milli ziyalının xalqın tarixindəki sırf milli, mənəvi rolunu, missiyasını düşünmüşdür.

İstedadlı prozaik, tanınmış romançı, maraqlı süjet xəttinə malik çoxsaylı povestlər müəllifi olan Mirzə İbrahimovun ədəbi şəxsiyyəti və bədii yaradıcılığı, ədəbi-estetik baxışları, elmi əsərləri Azərbaycan ədəbiyyatı, elmi və ictimai fikir tarixində müstəsna mövqe daşımaqdadır. Mirzə İbrahimovun ədəbi irsi xalqımızın mənəvi həyatının yüksəldilməsində, milli-mədəni mentalitetinin formalaşmasında da görümlü mövqedə dayanmaqdadır. Onun əsərləri milli psixologiyamızın, həyat fəlsəfəmizin, etnik təfəkkür tərzimizin və milli özünüşüurumuzun inkişafında bu gün də əvəzsiz olduğu qənaətindəyik. M.İbrahimovun bədii yaradıcılığı bütün dövrlərdə sosial-milli proseslərin gedişatına və dirçəlişinə nəzərəçarpacaq impuls vermişdir.

M.İbrahimov yaradıcılığından danışdıqda onun elmi təşkilatçılığından söz salmamaqda mümkün deyildir. Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun direktoru işlədiyi dövrdə o, Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının inkişafına, bu sahələrdə aparılan elmi-tədqiqat işlərinin daha da dərinləşdirilməsinə, milli elmi kadr potensialının yüksəldilməsinə, burada hazırlanan “Azərbaycan ədəbiyyatı tarixi” fundamental əsərinin yaradılmasına böyük qüvvə sərf etdiyindən də danışmalıyıq. Özünün təşəbbüsü ilə yaradılmış və burada bu gün də uğurla fəaliyyət göstərən “Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi” kimi struktur indi də kadr hazırlığını gərəyincə təmin edən, ardıcıl və sistemli tədqiqat işləri ilə daha çox diqqət mərkəzinə düşən bir şöbəyə çevrilmişdir. Hazırda bu şöbədə düşmənin məkri ucbatından iki yerə parçalanmış Vətənin - Arazın o tayındakı bədii təfəkkür sahiblərinin əsərlərinin ədəbi-nəzəri və fəlsəfi-estetik keyfiyyətləri lazımınca araşdırılmaqda, o taylı soydaşlarımızın bədii irsinin ən xırda detalları ümumi ədəbi prosesimizin tərkib hissəsinə daxil edilməkdədir.

Mirzə İbrahimov bütün həyat və yaradıcılıq yolu ilə öz varlığını doğma Azərbaycana bağlamış, onun uğurlarına sevinib, uğursuzluqlarını gördükdə ondan çıxış yolu axtarmağa çalışmış müdrik el ağsaqqalı kimi daim gözümüz qarşısında canlanmaqdadır. Mirzə İbrahimovun əsərləri xalqımızın keçdiyi əzab-əziyyət dolu şərəfli yolun kompasını xatırlatmaqdadır. Bu kompas Azərbaycan xalqının, mədəniyyətinin, mənəviyyatının əxlaq kodeksi, davranış külliyyatıdır. Mirzə İbrahimov vətənimizin bütövlüyünü ustad bədii söz təəssübkeşi kimi daim qorumağa çalışırdı. Bəlkə də böyük vətəndaşın Qarabağımız düşmən tapdağından azad edildikdən sonra ruhu məzarda daha aramla uyumaqdadır. Ruhun şad olsun, Ustad! Qarabağımız öz sahiblərinin əlindədir. Məzarın nurla dolsun, Böyük Şəxsiyyət!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO