ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsi üzrə aparılan demokratik islahatlar, insan haqlarının, o cümlədən vətəndaşların seçki hüquqlarının etibarlı təminatına yönələn konkret tədbirlər haqqında məlumat verən nazir, seçki təcrübəsinin daha da təkmilləşdirilməsi sahəsində nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası ilə səmərəli əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir.
Azərbaycanda həyata keçirilən islahatlardan məlumatlı olduğunu bildirən Eduard Lintner, Almaniyada cəmiyyətin demokratikləşməsi üçün 100 il vaxt lazım gəldiyini, ölkəmizdə isə bu sahədə qısa müddət ərzində böyük nailiyyətlər əldə olunduğunu qeyd etmişdir. O, səfər çərçivəsində cəzaçəkmə müəssisələrinə baş çəkdiyini bildirərək, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onların hüquqlarının təmin edilməsi üzrə görülən tədbirləri, ümumiyyətlə penitensiar sistemdə aparılan əsaslı islahatları yüksək qiymətləndirmişdir. Azərbaycanda Milli Məclisə təkrar seçkilərə hazırlıq işlərinin gedişi ilə tanışlıq üçün gəlmiş qonaq seçkilərin obyektiv və ədalətli keçirilməsi üçün zəruri tədbirləri vurğulayaraq, prosesin beynəlxalq standartlara uyğun keçiriləcəyinə inandığını bildirmişdir.
Avropa İttifaqının eksperti, Avropa Parlamentinin keçmiş üzvü, Almaniyanın sabiq Baş naziri Verner Münhin və ədliyyə nazirinin müavini Toğrul Musayevin iştirak etdikləri görüşdə, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılmış, səmərəli fikir mübadiləsi aparılmışdır.